main-post-cover

    iOS 18-də şifrələrin idarəsi tətbiqi istifadəyə veriləcək

    Proqram Təminatı
    07.06.2024
    Emil Nəcəfov
         Gələn həftə (10 iyun) Apple şirkətinin tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2024 konfransı start götürəcək. Sözügedən konfrans çərçivəsində şirkət iOS 18-i və onun tərkibində istifadəyə veriləcək süni zəka imkanlarını təqdim edəcək. İndi isə Bloomberg saytı xəbər verib ki, şirkətin iOS 18 tərkibində təqdim edəcəyi yeni tətbiqlərdən biri şifrələrin idarəsi üçün nəzərdə tutulmuş tətbiq ola bilər. Bloomberg-in məlumatına əsasən şirkət Passwords adlı yeni tətbiqin təqdimatına hazırlaşır.
         Məlumatda qeyd edilib ki, sözügedən tətbiq şifrələrin tərtibatı, izlənməsi, təsdiq kodlarının dəstəyi imkanlarını təqdim edəcək və Google Authenticator kimi autentifikasiya tətbiqi rolunda çıxış edəcək. Bloomberg bildirib ki, bu yeni tətbiq iCloud Keychain əsasında çalışır və bunun sayəsində istifadəçilər Apple cihazları arasındakı şifrələrini sinxronlaşdıra biləcəklər. Görünür, Apple şirkəti öz istifadəçilərinin daha etibarlı şifrələrdən istifadə etmələrini və öz cihazlarının konfidensiallıqlarını daha yüksək səviyyədə təmin etmələrini istəyir. Buna bənzər digər tətbiqlər kimi Passwords tətbiqi də istifadəçilərin şifrələrinin siyahısını tərtib edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple sensorlu ekrana sahib şarj keysli AirPods-u patentləşdirib
    apple-sensorlu-ekrana-sahib-sarj-keysli-airpods-u-patentlesdirib
    Apple, iPhone 15-in neçə il yeniləmə alacağını açıqlayıb!
    apple-iphone-15-in-nece-il-yenileme-alacagini-aciqlayib
    iPhone 16 Pro və iPhone 16 Pro Max-ın ölçüləri ilə çəkiləri açıqlanıb
    iphone-16-pro-ve-iphone-16-pro-max-in-olculeri-ile-cekileri-aciqlanib
    Aktual iPhone modellərinin çoxunda iOS 18-in süni zəka funksiyaları məhdud şəkildə çalışacaqlar
    aktual-iphone-modellerinin-coxunda-ios-18-in-suni-zeka-funksiyalari-mehdud-sekilde-calisacaqlar
    iPhone 16 Pro bazarda ən nazik ekran ətrafı çərçivəni əldə edə bilər
    iphone-16-pro-bazarda-en-nazik-ekran-etrafi-cerciveni-elde-ede-biler