İstifadəçilər Windows 10-un dəstəyini ödənişli şəkildə 1 il uzada biləcəklər
Proqram Təminatı
01.11.2024
Emil Nəcəfov
Windows 10-un rəsmi dəstəyi 14 oktyabr 2025-ci il tarixində dayandırılacaq. Microsoft şirkəti elan edib ki, sözügedən əməliyyat sisteminin dəstəyinin dayandırılmasından sonra istifadəçilər dəstək müddətini 1 il uzada biləcəklər. 14 oktyabr 2025-ci il tarixindən sonra Windows 10 üçün əlavə 1 illik dəstək xidmətini əldə etmək istəyən istifadəçilər Extended Security Updates (ESU) proqramına qoşulmalı və 30$ ödəniş etməli olacaqlar.
Nəticədə istifadəçilər əlavə 1 il ərzində Windows 10 üçün təhlükəsizlik yenilənmələrini əldə edə biləcəklər. Məlumata əsasən müəssəsilər üçün ESU xidmətinin ilk ili 61$-a, ikinci ili 122$-a, üçüncü ili isə 244$-a başa gələcək. ESU proqramına qoşulmuş kompüterlər üçün şirkət kritik və vacib təhlükəsizlik yenilənmələrini təqdim edəcək. Lakin onlar üçün artıq yeni Windows funksiyaları istifadəyə verilməyəcək. Bununla yanaşı onlar Windows ilə bağlı texniki dəstək xidmətindən də məhrum olacaqlar. Bununla belə Microsoft şirkəti ESU proqramına qoşulma əvəzinə Windows 11-ə keçid etməyi məsləhət görür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Android telefonlarındakı fayllara Windows vasitəsilə simsiz şəkildə daxil olmaq mümkün olacaq!
Android telefonlarındakı fayllara Windows vasitəsilə simsiz şəkildə daxil olmaq mümkün olacaq!
Windows Latest-in hesabatına görə, Microsoft Android telefon fayllarına simsiz giriş imkanı yaradan funksiya hazırlayır. Bu funksiyayla kompüterdən Android fayllarına simsiz şəkildə giriş mümkün olacaq.
Microsoft Copilot-un tibbi məsləhətləri ölümə səbəb ola bilərlər
Microsoft Copilot-un tibbi məsləhətləri ölümə səbəb ola bilərlər
Heç kim üçün sirr deyil ki, Microsoft-un Copilot adlı rəqəmsal köməkçisi kimi süni zəka əsasında çalışan müasir çat-botların məsləhətlərinə tam şəkildə güvənmək lazım deyil.
Microsoft istifadəçilərə Windows 11 vasitəsilə çalışan yeni kompüter əldə etməyi məsləhət görüb
Microsoft istifadəçilərə Windows 11 vasitəsilə çalışan yeni kompüter əldə etməyi məsləhət görüb
Microsoft şirkəti daha çox istifadəçini Windows 11-ə keçməyə məcbur etməyə cəhd göstərməklə bu əməliyyat sisteminin bazarda daha geniş yayılması məqsədini qarşısına qoyub.
Süni zəka texnoloji şirkətləri nüvə energetikasına nəzər yetirməyə məcbur edib
Süni zəka texnoloji şirkətləri nüvə energetikasına nəzər yetirməyə məcbur edib
Öz data mərkəzləri üçün ekoloji təmiz enerjinin axtarışı istiqamətində Amazon və Microsoft kimi nəhəng texnoloji şirkətlər atom elektrostansiyaları ilə müqavilələr bağlayıblar.
Microsoft iki istiqamətdə qatlana bilən cihazı hazırlamağı planlaşdırırmış
Microsoft iki istiqamətdə qatlana bilən cihazı hazırlamağı planlaşdırırmış
ABŞ Ticarət Nişanları və Patentləri Bürosu, Microsoft şirkətinin üfüqi qatlanma mexanizminə sahib cihazını əhatə edən 38 səhifəlik sənədi bölüşüb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ