Microsoft görmə qabiliyyəti zəif istifadəçilər üçün olan tətbiqinin Android versiyasını istifadəyə verib
Proqram Təminatı
07.12.2023
Emil Nəcəfov
Microsoft şirkəti özünün Seeing AI adlı tətbiqinin Android versiyasını istifadəyə verib. Sözügedən tətbiq pulsuz şəkildə təqdim edilir və onun əsas məqsədi süni zəka əsaslı səsli köməkçi və smartfonun kamerası vasitəsilə görmə qabiliyyəti zəif olan insanlara ətraf mühitdə istiqamətlənməyə yardımçı olmaqdır. Microsoft bildirib ki, tətbiqin Android versiyası iOS versiyanın bütün funksionallığını özündə birləşdirir. Tətbiqin Android versiyasında reallaşdırılmış yeniliklərdən biri də More info düyməsidir. Həmin düyməyə klikləyən zaman tətbiq smartfon kamerasının nəzərində olan obyektin təsvirini nitq vasitəsilə təsvir edir. Digər bir faydalı funksiya isə tətbiq tərəfindən skan edilən hər bir mətn barəsində məlumatın əldə olunmasıdır. İsitfadəçi bunun sayəsində qida məhsulları və ya dərman preparatları üzərində yazılmış məlumatları nitq vasitəsilə əldə edə bilər. Tətbiq hətta bəzi dillərdə əl yazısını da təyin edə bilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bing axtarış sisteminə Deep Search adlı yeni süni zəka funksiyası əlavə edilib
Bing axtarış sisteminə Deep Search adlı yeni süni zəka funksiyası əlavə edilib
Microsoft şirkəti özünün Bing axtarış sisteminə yeni süni zəka funksiyasını inteqrasiya edib.
Microsoft Copilot-a GPT-4 Turbo və DALL-E 3 sistemləri inteqrasiya edilib
Microsoft Copilot-a GPT-4 Turbo və DALL-E 3 sistemləri inteqrasiya edilib
Microsoft şirkəti Copilot adlı süni zəka köməkçisinə GPT-4 Turbo süni zəka sistemini və mətn formatında təsvirlər əsasında fotoların tərtibatı üçün nəzərdə tutulmuş DALL-E 3 sistemini inteqrasiya edib.
Windows 10 üçün təhlükəsizlik yenilənmələri ödənişli olacaq
Windows 10 üçün təhlükəsizlik yenilənmələri ödənişli olacaq
Windows 10-un həyat dövrü artıq sona yaxınlaşır. Microsoft öz növbəsində sözügedən əməliyyat sisteminin aqibəti barəsində məlumat verib.
Windows 11-də enerjiyə qənaət rejimi istifadəyə veriləcək
Windows 11-də enerjiyə qənaət rejimi istifadəyə veriləcək
İnsayderlər Windows 11-in test versiyasında maraqlı yeniliyi aşkar ediblər.
Windows 11-dəki Copilot köməkçisi GPT-4 Turbo-ya keçid edə bilər
Windows 11-dəki Copilot köməkçisi GPT-4 Turbo-ya keçid edə bilər
Microsoft şirkəti hələ bir neçə müddət bundan öncə Windows 11-də Copilot adlı süni zəka köməkçisini istifadəyə vermişdi.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!