Nəyə görə Apple kənar tətbiq mağazaları imkanını digər ölkələrdə reallaşdırmır?
Proqram Təminatı
26.01.2024
Emil Nəcəfov
Apple şirkətinin App Store platforması ilə bağlı siyasətində etmiş olduğu dəyişiklik Avropa Birliyinin tənzimləyici orqanları tərəfindən təyin edilmiş rəqəmsal bazarlar barəsində qanunvericiliyin (DMA) tələbləridir. Təbii ki, Apple şirkəti bu dəyişiklikləri təkcə Avropa Birliyi ölkələrində deyil, digər regionlar üçün də tətbiq edə bilərdi. Lakin şirkət bu cür ideyadan imtina edib. İndi isə şirkət bunun səbəbini açıqlayıb.
İlk növbədə şirkət bildirib ki, DMA tərəfindən tələb edilən dəyişikliklər isitifadəçilər üçün bəzi təhlükələri ortaya çıxarır və daha öncə həmin təhlükələr Apple şirkətinin siyasəti vasitəsilə aradan qaldırılırdı. Söhbət, zərərli proqram təminatlarından qorunma, dələduzluq, qanunsuz və ya arzuolunmaz kontentlərin qarşısının alınması, şirkətin bu cür təhlükələrin qarşısını almaq imkanlarının ixtisar olunması kimi hallardan gedir.
DMA tərəfindən tələb edilən dəyişikliklər həmçinin hələ yoxlanılmamış və ya təkmilləşdirməyə ehtiyac duyan texnologiyalar ilə prosesləri özlərində birləşdirirlər. Bu məsələdə Apple öz inkişaf dövrünün ən təməl özəlliklərindən birini açıqlayıb. Söhbət, istifadəçilərin etibarından gedir. Apple təmsilçiləri bildiriblər ki, konfidensial məlumatların qorunması faktoru şirkət ilə istifadəçilər arasındakı qarşılıqlı əlaqənin ayrılmaz hissəsinə çevrilib. Bunun üçün isə tətbiqləri və onlar üçün nəzərdə tutulan yenilənmələri ciddi şəkildə nəzarətdə saxlamaq lazımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple iOS-də kənar tətbiq mağazalarının olacağını təsdiqlədi
Apple iOS-də kənar tətbiq mağazalarının olacağını təsdiqlədi
Avropa Birliyinin yeni antimonopoliya normaları səbəbilə Apple şirkəti özünün App Store platformasına bəzi vacib dəyişiklikləri əlavə edib.
Apple şirkəti Apple Pencil 3 stilusu üzərində çalışır
Apple şirkəti Apple Pencil 3 stilusu üzərində çalışır
Apple şirkəti yeni nəsil Apple Pencil stilusu üzərində çalışır.
Apple süni zəka üzrə innovasiyalarını iOS 18-in tərkibində təqdim edə bilər
Apple süni zəka üzrə innovasiyalarını iOS 18-in tərkibində təqdim edə bilər
Analitiklərin sözlərinə əsasən Apple şirkəti süni zəka sahəsində innovasiyalarını iOS 18 tərkibində təqdim edə bilər.
TSMC-nın 2 nanometrlik prosessorlarını ilk Apple əldə edəcək
TSMC-nın 2 nanometrlik prosessorlarını ilk Apple əldə edəcək
TSMC hal-hazırda aktiv şəkildə 2 nanometrlik prosessorlar üzərində çalışır.
Apple ən çox süni zəka startapı almış şirkətdir
Apple ən çox süni zəka startapı almış şirkətdir
Süni zəka sahəsində lider şirkətlər mövzusunda söhbət açılanda Apple şirkətinin digərlərindən geri qaldığını görmək olar.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!