main-post-cover

    OpenAI şirkətinin video tərtibatı üçün olan Sora neyron şəbəkəsi bu il ərzində hamıya təqdim veriləcək

    Proqram Təminatı
    14.03.2024
    Emil Nəcəfov
         OpenAI şirkəti keçən ay Sora adlı neyron şəbəkəsini təqdim etdi. Bu neyron şəbəkə mətn formatında təsvirlər əsasında realistik videoların tərtibatı üçün nəzərdə tutulub. Sora-dan hal-hazırda yalnız rəssamlar, dizaynerlər və film sahəsində çalışan mütəxəssislər istifadə edə bilərlər. Lakin OpenAI şirkətinin texniki direktoru olan Mira Murati bildirib ki, Sora bu il ərzində bütün istifadəçilərin ixtiyarına veriləcək. Bununla yanaşı Murati qeyd edib ki, Sora-ya həmçinin səslərin tərtibatı özəlliyi də əlavə ediləcək.
         Bu isə tərtib ediləcək videoların daha təbii görünmələrinə yardımçı olacaq. Hal-hazırda OpenAI şirkəti Sora tərəfindən tərtib edilən videoların redaktə edilməsi mümkünlüyü üzərində çalışır. Belə ki, bu neyron şəbəkə heç də həmişə obyektləri dəqiq şəkildə tərtib edə bilmir. Generativ süni zəkanın istifadəsi ilə dezinformasiyaların yaradılması imkanı cəmiyyətdə böyük narahatlıqlara səbəb olduğu üçün Murati əlavə edib ki, Sora ictimai xadimlərin videolarda tərtibatını reallaşdırmayacaq.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Figure 01 adlı robot OpenAI vasitəsilə insanlarla ünsiyyət qurmağı öyrənib (VİDEO)
    figure-01-adli-robot-openai-vasitesile-insanlarla-unsiyyet-qurmagi-oyrenib-video
    ChatGPT öz cavablarını nitq vasitəsilə təqdim etmə funksiyasını əldə edib
    chatgpt-oz-cavalarini-nitq-vasitesile-teqdim-etme-funksiyasini-elde-edib
    Elon Musk, OpenAI şirkətini məhkəməyə verib
    elon-musk-openai-sirketini-mehkemeye-verib
    OpenAI robotlar üçün süni zəka modellərini hazırlayacaq
    openai-robotlar-ucun-suni-zeka-modellerini-hazirlayacaq
    OpenAI şirkətinin bazar dəyəri 80 milyard dollara yüksələcək
    openai-sirketinin-bazar-deyeri-80-milyard-dollara-yukselecek