Samsung Galaxy A33 və A73 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
Proqram Təminatı
17.05.2024
Emil Nəcəfov
Samsung öz smartfonlarında OneUI 6.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Şirkət bir neçə müddət bundan öncə bu istifadəçi interfeysinin öz flaqman cihazlarında istifadəyə verilməsinə köklənmişdi. İndi isə Samsung OneUI 6.1-in büdcəli və orta büdcəli smartfonlarında istifadəyə verməyə başlayıb. Məlum olub ki, bu istifadəçi interfeysi Galaxy A33 və A73 smartfonlarında istifadəyə verilib. Galaxy A33 üçün sistem yenilənməsi A336EDXU8EXDD nömrəsi altında təqdim edilib və o hələ ki, bəzi regionlarda bəzi istifadəçilər üçün aktivləşdirilib.
Lakin yaxın zamanda OneUI 6.1 istifadəçi interfeysi Galaxy A33-ün bütün istifadəçiləri üçün təqdim ediləcək. Onu da qeyd etmək lazımdır ki, Galaxy A33 üçün OneUI 6.1-in həcmi 2 GB təşkil edir. Galaxy A73 smartfonuna gəldikdə isə onun üçün sistem yenilənməsi A736BXXU7EXDC nömrəsi altında təqdim edilib və onun həcmi 2.6 GB təşkil edir. Galaxy A73 üçün nəzərdə tutulmuş OneUI 6.1 özündə həmçinin aprel ayı üzrə təhlükəsizlik yenilənməsinə də birləşdirir. Yaxın həftələrdə OneUI 6.1 istifadəçi interfeysi Galaxy A73-ün bütün istifadəçiləri üçün aktiv olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy Watch FE smart saatı barəsində yeni təfərrüatlar verilib
Samsung Galaxy Watch FE smart saatı barəsində yeni təfərrüatlar verilib
Samsung şirkəti bu il ərzində Galaxy Watch 7 smart saat seriyasını təqdim edəcək. Bu smart saat seriyasının yay fəslində təqdim olunacağı gözlənilir. Lakin son zamanlarda ortaya çıxmış müxtəlif məlumatlara əsasən Galaxy Watch 7 smart saatları Samsung-un bu il üçün nəzərdə tutulmuş yeganə smart saatları olmayacaq.
Samsung Galaxy S24 FE-nin hazırlandığına dair daha bir sübut əldə edilib
Samsung Galaxy S24 FE-nin hazırlandığına dair daha bir sübut əldə edilib
Son məlumat sızıntılarına əsasən Samsung şirkəti Galaxy S24 smartfon seriyasının FE (Fan Edition) modeli üzərində çalışır.
Samsung şirkəti, Apple-ın iPad reklamını ələ salıb! (VİDEO)
Samsung şirkəti, Apple-ın iPad reklamını ələ salıb! (VİDEO)
Apple-ın M4 çipilə təchiz edilmiş iPad Pro üçün yaxın zamanda yayımlanan və istifadəçilərin reaksiyasına səbəb olan "Crush" reklamı Samsung-un zarafat mövzusuna çevrilib. Samsung öz paylaşdığı reklam çarxında Apple-ın iPad reklamını ələ salıb.
Hələ təqdim olunmamış Samsung Galaxy M35-in xarici görünüşü və bəzi texniki göstəriciləri ortaya çıxıblar
Hələ təqdim olunmamış Samsung Galaxy M35-in xarici görünüşü və bəzi texniki göstəriciləri ortaya çıxıblar
Samsung şirkətinin hələ təqdim olunmamış Galaxy M35 smartfonu Google Play Console servisinin məlumatlar bazasında ortaya çıxıb.
Samsung Galaxy Watch 7 smart saatları tamamilə yeni prosessor vasitəsilə çalışacaqlar
Samsung Galaxy Watch 7 smart saatları tamamilə yeni prosessor vasitəsilə çalışacaqlar
Samsung şirkəti bu il Galaxy Watch 7 smart saat seriyasını təqdim etməlidir. Bəzi məlumatlara əsasən şirkətin bu yeni smart saat seriyasına 3 model daxil olacaq.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!