main-post-cover

    Xiaomi HyperOS-də sistem reklamlarının bir düymə ilə deaktiv edilməsi funksiyasını test edir

    Proqram Təminatı
    08.07.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti HyperOS-in yeni funksiyasını test etməyə başlayıb. Test edilən funksiya sistemdəki bütün reklamların deaktiv edilməsinə istiqamətlənib. Xiaomi smartfonlarında sistem səviyyəsində olan reklamları deaktiv etmək ayarlar bölməsində uzun yoldan keçməyi tələb edir. Belə ki, istifadəçi reklamları aradan qaldırmaq üçün bütün sistem üzrə yayılmış bir çox elementi deaktiv etməlidir. Bu isə sözügedən prosesi olduqca uzun və qəliz hala salır. Verilmiş yeni məlumata əsasən isə HyperOS-in test versiyasında xüsusi düymə ortaya çıxıb və həmin düyməyə bir dəfə klikləməklə sistem tətbiqlərindəki reklamları deaktivləşdirmək və ya aktivləşdirmək olar. Bu yeni funksiyanın stabil HyperOS-də nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Xiaomi тестирует отключение рекламы на своих смартфонах
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi MIX Fold 4 və MIX Flip smartfonları bu ay təqdim olunacaqlar
    xiaomi-mix-fold-4-ve-mix-flip-smartfonlari-bu-ay-teqdim-olunacaqlar
    Redmi K70 Ultra tamamilə yeni növ ekranı əldə edəcək
    redmi-k70-ultra-tamamile-yeni-nov-ekrani-elde-edecek
    Redmi K70 Ultra flaqman smartfonu Geekbench testlərindən keçib
    redmi-k70-ultra-flaqman-smartfonu-geekbench-testlerinden-kecib
    Qatlana bilən Xiaomi Mix Fold 4 smartfonu qlobal bazarda da satılacaq
    qatlana-bilen-xiaomi-mix-fold-4-smartfonu-qlobal-bazarda-da-satilacaq
    Xiaomi 15 Pro-nun əldə edəcəyi batareyanın həcmi açıqlanıb
    xiaomi-15-pro-nun-elde-edeceyi-batareyanin-hecmi-aciqlanib