“Azercell” artıq Laçındadır!
Reklam və Marketinq
09.01.2024
Emil Nəcəfov
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq “Azercell” Qarabağda üçüncü mağazasını açdı. Laçın şəhərinin mərkəzində - Xosrov bəy Sultanov küçəsində açılmış rəsmi diler mağazası ən müasir avadanlıqlarla təmin olunub. Abunəçilər burada digər müştəri xidmətləri mərkəzlərində həyata keçirilən əksər əməliyyatları həyata keçirə bilərlər. Həmçinin abunəçilər yeni açılmış mağazada gündəlik istifadə üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə satın ala bilərlər.
Xatırladaq ki, “Azercell”in Laçınla yanaşı, Qarabağda daha iki rəsmi məntəqəsi - Şuşa şəhərində satış və xidmət, Zəngilanın Ağalı kəndində isə diler mağazası fəaliyyət göstərir.
“Azercell” Qarabağda bərpa və yenidənqurma işlərinin fəal dəstəkçisidir. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell”in hazırda Qarabağda LTE texnologiya əsaslı 147 baza stansiyası fəaliyyət göstərir. Şirkət “yaşıl” texnologiyaların da tətbiqinə başlayaraq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb. Hazırda digər ərazilərdə də “yaşıl” stansiyaların tətbiq edilməsi və saylarının 35-ə çatdırılması nəzərdə tutulur.
“Azercell” həmçinin Qarabağda müştəri xidmətləri mərkəzi və rəsmi diler mağazasını istifadəyə verən ilk mobil operatordur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirildi
“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirildi
Lider mobil operator istedadlı gəncləri kəşf etməyə və dəstəkləməyə davam edir
Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir
Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir
Lider mobil operator 160 ölkədə 390-dən çox şəbəkədə rouminq xidməti təklif edir
Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!
Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!
Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq vətəndaşlar, sahibkarlar və dövlət qurumlarının əməkdaşları üçün eSIM “Asan İmza” xidmətini təqdim edir
Azercell-in Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Audiokitab” layihəsi təqdim olundu
Azercell-in Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Audiokitab” layihəsi təqdim olundu
Lider mobil operator mədəni irsimizin rəqəmsal platformalarda təbliğini davam etdirir.
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikata layiq görülüb
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikata layiq görülüb
Ölkənin lider mobil operatoru korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiq edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!