“Azercell” kiber- təhlükəsizlikdə ölkədə top üçlükdədir
Reklam və Marketinq
04.11.2023
Emil Nəcəfov
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən “Critical Infrastructure Defense Challenge 2023” (CIDC-2023) tədbiri Azərbaycanın kibertəhlükəsizlik sahəsində mühüm mərhələnin əsasını qoydu.
Azərbaycanda ilk dəfə kiber hücumların simulyasiyası ilə keçirilən virtual müharibədə dövlət qurumları, təhsil və telekommunikasiya müəssisələri, bankların informasiya texnologiyaları üzrə komandaları iştirak edib.
Müsabiqədə “Azercell”-in Təhlükəsizlik Departamentinin əməkdaşları - Vüsal Həsənov, Əmiraslan Quliyev, Cavid Cabbarlı, Əhməd Hacılı və Çingiz Balabəyovdan ibarət “Cybercell” komandası vitse-çempion titulunu qazanıb. Departamentin əməkdaşı İsmayıl Eyyub isə fərdi yarışda 136 iştirakçı arasında birinci yer tutub.
“Azercell”-in Təhlükəsizlik departamentinin rəhbəri Fuad Səfərov komandanın çıxışı haqqında danışıb: ““Cybercell”-in CIDC 2023 müsabiqəsindəki nəticələri ilə qürur duyuruq. Bu, bizim həm kiber-təhdidlərə qarşı mübarizəmizin, həm də “Azercell” olaraq müştərilərimizin təhlükəsizliyini hər şeydən üstün tutmağımızın əyani nümunəsidir. Müsabiqədə fərdi yarışlarda birincilik qazanmış əməkdaşımız İsmayıl Eyyubu isə qələbəsi münasibətilə təbrik edir və ona yeni-yeni uğurlar arzu edirik!”.
Qeyd edək ki, kritik infrastruktur kateqoriyasına aid olan dövlət və özəl qurumlardan ümumilikdə 41 komanda bu yarışda iştirak edib ki, onlardan 20 komanda finala yüksəlib. Finalda iştirakçılar real kiber-hücum hallarını simulyasiya edilməklə, böhran halında infrastrukturun mühafizəsini təmin etmək kimi tapşırıqlar yerinə yetiriliblər. “Azercell”-in “Cybercell” komandası bütün tapşırıqların öhdəsindən yüksək peşəkarlıqla gələrək yarışın mükafatçıları sırasına daxil olub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Azercell Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Söz verirəm” sosial kampaniyasını elan edir
Azercell Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Söz verirəm” sosial kampaniyasını elan edir
Genişmiqyaslı layihənin növbəti mərhələsi qısnamaya qarşı mübarizəyə həsr olunub
“e&International” (Etisalat) Azərbaycanda strateji tərəfdaşlıq qurur
“e&International” (Etisalat) Azərbaycanda strateji tərəfdaşlıq qurur
Telekommunikasiya nəhəngi “e&International” (keçmiş adı “Etisalat Group”) Azercell ilə tərəfdaşlıq müqaviləsi imzaladığını elan edib.
“Azercell” “Cloudera” Məlumat Platforması ilə biznes proseslərini - 5 DƏFƏ SÜRƏTLƏNDİRİB
“Azercell” “Cloudera” Məlumat Platforması ilə biznes proseslərini - 5 DƏFƏ SÜRƏTLƏNDİRİB
Lider mobil operator yüksək hədəflərə çatmaq üçün məlumat arxitekturasını yeniləyib
Azercell TEDx Bakı konfransına dəstək oldu
Azercell TEDx Bakı konfransına dəstək oldu
Budəfəki spikerlər “Qırılma” (Disruption) mövzusu ətrafında birləşərək cəmiyyət və fərdləri dəyişməyə sövq edən təsirlər haqqında fikirlərini bölüşdülər.
“Autizm portalı”ı yenilənmiş formatda təqdim edildi
“Autizm portalı”ı yenilənmiş formatda təqdim edildi
“Azercell Telekom”un dəstəyi ilə portalın texniki və funksional imkanları genişləndirilib
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!