main-post-cover

    ChatGPT-nin həftəlik istifadəçi kütləsi 100 milyonu keçib

    Servislər
    07.11.2023
    Emil Nəcəfov
         Dünən OpenAI tərəfindən tərtibatçılar üçün keçirilmiş ilk konfrans çərçivəsində şirkətin CEO-su Sam Altman bildirdi ki, ChatGPT-nin həftəlik istifadəçi kütləsi artıq 100 milyonu keçib. Təqribi olaraq 1 il bundan öncə istifadəyə verilmiş servis 2 aydan sonra artıq aylıq 100 milyonluq aktiv istifadəçi kütləsi göstəricisinə çatmışdı. İndi isə servis bu göstəricini həftəlik sərgiləyir. Bununla yanaşı 2 milyondan çox tərtibatçı sözügedən platformanı öz müxtəlif layihələrində istifadə edirlər. Üstəlik Fortune 500 siyahısına daxil olan şirkətlərin 92%-i də bu platformanı öz layihələrində istifadə edənlər arasındadır. Qeyd etmək lazımdır ki, OpenAI şirkəti keçirilmiş konfrans çərçivəsində GPT-4 Turbo neyron şəbəkəsini GPTs konstruktorunu təqdim edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI çat-botların yaradılması üçün GPTs adlı konstruktoru təqdim edib
    openai-cat-botlarin-yaradilmasi-ucun-gpts-adli-konstruktoru-teqdim-edib
    OpenAI şirkəti GPT-4 Turbo-nu təqdim edib
    openai-sirketi-gpt-4-turbo-nu-teqdim-edib
    ChatGPT-yə faylların yüklənərək analiz edilməsi funksiyası əlavə edilib
    chatgpt-ye-fayllarin-yuklenerek-analiz-edilmesi-funksiyasi-elave-edilib
    Spot robotu ChatGPT vasitəsilə danışıq nitqini əldə edib (VİDEO)
    spot-robotu-chatgpt-vasitesile-danisiq-nitqini-elde-edib-video
    OpenAI süni zəkanın təhlükələrini aradan qaldıracaq xüsusi komandanı formalaşdırıb
    openai-suni-zekanin-tehlukelerini-aradan-qaldiracaq-xususi-komandani-formalasdirib