Chrome brauzerində faydalı süni zəka funksiyası istifadəyə veriləcək
Servislər
31.10.2023
Emil Nəcəfov
Chrome brauzerinin test versiyasında Compose AI adlı yeni maraqlı funksiya aşkar edilib. Faktiki olaraq bu, Microsoft-un Edge brauzerindəki çat-bot həllinə bənzəyir. Lakin Edge brauzerindəki çat-botdan fərqli olaraq Chrome üçün nəzərdə tutulmuş Compose AI funksiyası daha konkret istifadə ssenarisinə hədəflənib. İnsayderlərin verdikləri məlumata əsasən Compose AI adlı süni zəka funksiyası çatlardakı cavablar, sənədlər və elektron məktublar üçün mətnlərin avtomatik şəkildə tərtib olunmasına istiqamətlənib.
Sözügedən funksiya ilk növbədə ingilis dilli regionlarda aktiv olacaq. Lakin daha sonra ona əlavə dillərin dəstəyi də əlavə oluna bilər. Məlumata əsasən Compose AI funksiyası Chrome brauzerinin təkcə veb versiyasında deyil, həmçinin Android və iOS versiyalarında da aktiv olacaq. Sözügedən funksiyanın Chrome brauzerinin stabil versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google şirkəti 2021-ci ildə Google Search üçün milyardlarla dollar vəsait sərf edib
Google şirkəti 2021-ci ildə Google Search üçün milyardlarla dollar vəsait sərf edib
Analitiklərin hesablamalarına əsasən bu il Google Search-ün Apple məhsullarında standart axtarış sistemi qismində qalması üçün Google Apple şirkətinə ümumilikdə 19 milyard dollar vəsait ödəyə bilər.
Google şirkəti OpenAI rəqibinə 2 milyard dollar investisiya yatıracaq
Google şirkəti OpenAI rəqibinə 2 milyard dollar investisiya yatıracaq
Google OpenAI şirkətinin rəqibi hesab edilən Anthropic şirkətinə 2 milyard dollar investisiya yatırmağı planlaşdırır.
Chrome istifadəçilərin IP ünvanlarını müxtəlif saytlardan qoruyacaq
Chrome istifadəçilərin IP ünvanlarını müxtəlif saytlardan qoruyacaq
Artıq heç sirr deyil ki, bu və ya digər istifadəçinin IP ünvanı barəsində məlumat müxtəlif saytlara istifadəçi barəsində məlumatlar toplusunu formalaşdırmağa imkan verir.
Google Play Protect bundan sonra istifadəçiləri zərərli tətbiqlərdən daha yaxşı qoruyacaq
Google Play Protect bundan sonra istifadəçiləri zərərli tətbiqlərdən daha yaxşı qoruyacaq
Google şirkəti istifadəçinin smartfonunu zərərli tətbiqlərdən qorumağa imkan verən təhlükəsizlik tədbirlərini gücləndirib.
Android 14-də yeni təhlükəsizlik funksiyası aşkar edilib
Android 14-də yeni təhlükəsizlik funksiyası aşkar edilib
İnsayderlər Android 14-də yeni funksiyanın aşkar etdiklərindən xəbər veriblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!