Microsoft fotorealistik avatarların yaradılması servisini təqdim edib (VİDEO)
Servislər
17.11.2023
Emil Nəcəfov
Microsoft şirkəti insanların fotorealistik avatarlarının yaradılması servisini təqdim edib. Təqdim edilmiş servisin əsas üstünlüklərindən biri də odur ki, onun vasitəsilə yaradılan avatarlar istifadəçi tərəfindən təqdim edilən mətnə uyğun dodaq hərəkətlərinə sahib olurlar. Bununla yanaşı şirkət audio nümunə əsasında səsin kopyalanması alətini də təqdim edib. Azure AI Speech text to speech avatar adlı yeni servis istifadəçiyə bu və ya digər insanın fotosunu yükləməyə və lazımi ssenarini qeyd etməyə imkan verir. Nəticədə daxil edilmiş məlumatlar əsasında sistem danışan avatarın videosunu tərtib edir.
Tərtib edilən avatarlar bir neçə dildə danışa bilərlər. Təyin edilmiş ssenari çərçivəsində avatarlar OpenAI şirkətinin GPT 3.5 kimi süni zəka sistemlərindən istifadə edərək istifadəçilərin müəyyən süuallarına cavab verə bilərlər. Personal voice adlı alət isə istifadəçinin səsini saniyələr içərisində kopyalaya bilir. Bunun üçün istifadəçi səsinin əks olunduğu 1 dəqiqəlik audio nümunə lazımdır. Microsoft Personal voice funksiyasını personallaşdırılmış səsli köməkçilərin yaradılmasında, kontentlərin müxtəlif dillərə dublaj olunmasında, audio kitabların və podkastların yaradılmasında istifadə etməyi təklif edir. Şirkət bildirib ki, bu iki yeni alət məhdud sayda istifadə ssenarisi çərçivəsində məhdud sayda istifadəçi üçün aktiv olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft Bing Chat-ın adını Copilot ilə əvəzləyib
Microsoft Bing Chat-ın adını Copilot ilə əvəzləyib
Microsoft şirkəti süni zəka əsaslı çat-botunun Bing Chat adlanmasından imtina edib onu Microsoft Copilot ilə əvəzləyib.
Microsoft ilk fərdi süni zəka çipini təqdim edib
Microsoft ilk fərdi süni zəka çipini təqdim edib
Microsoft şirkəti özünün Cobalt 100 və Maia 100 adlı fərdi çiplərini təqdim edib.
Microsoft süni zəka əsaslı Copilot köməkçisini Windows 10-da istifadəyə verə bilər
Microsoft süni zəka əsaslı Copilot köməkçisini Windows 10-da istifadəyə verə bilər
Hələ bir neçə müddət bundan öncə Microsoft şirkəti süni zəka əsaslı Copilot köməkçisini Windows 11-də istifadəyə verdi.
Microsoft Windows CE əməliyyat sisteminin dəstəyini dayandırdı
Microsoft Windows CE əməliyyat sisteminin dəstəyini dayandırdı
Microsoft şirkəti Windows CE əməliyyat sisteminin dəstəyini dayandırdığını elan edib.
Windows Phone-nun uğursuzluğunun əsas səbəbi açıqlanıb
Windows Phone-nun uğursuzluğunun əsas səbəbi açıqlanıb
Keçən həftə Microsoft şirkətinin CEO-su Satya Nadella müsahibəılərindən birində qeyd etdi ki, o, şirkətin Windows Phone şöbəsinin bağlandığından məyusdur və bu qərar onun şirkət CEO-su vəzifəsindəki ən ağır qərarlarından biri olub.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!