Gələn aydan Telegram öz reklam gəlirlərini kanalların sahibləri ilə bölüşməyə başlayacaq
Sosial Media
28.02.2024
Emil Nəcəfov
Pavel Durov elan edib ki, artıq gələn aydan başlayaraq Telegram-dakı kanalların sahibləri öz fəaliyyətləri müqabilində pul mükafatı əldə edə biləcəklər. Belə ki, messencer öz reklam biznesindən əldə edilmiş gəlirin yarısını kanalların sahibləri ilə bölüşəcək. Durov-un sözlərinə əsasən Telegram-dakı kanallar hər ay ümumilikdə 1 trilyon baxış sayı yığırlar. Lakin bu baxışların yalnız 10%-i Telegram Ads vasitəsilə monetizasiya olunur. Gələn ay messencer Telegram Ad Platform adlı platformanı yüzlərlə ölkədə bütün reklamçılar üçün istifadəyə verməyi planlaşdırır. Nəticədə Telegram kanallarının sahibləri öz kanallarında reklam elanlarının sərgilənməsi nəticəsində əldə edilmiş gəlirin 50%-ni əldə edə biləcəklər. Ödənişlər TON adlı blockchain üzərindən Toncoin vasitəsilə reallaşdırılacaq. Kanalların sahibləri Toncoinləri real pula çevirə biləcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Telegram mesajların göndərilməsi ilə bağlı yeni funksiyalar əldə edib
Telegram mesajların göndərilməsi ilə bağlı yeni funksiyalar əldə edib
Telegram tərtibatçıları messencer üçün növbəti yenilənməni istifadəyə veriblər. 10.6 nömrəli yenilənmə çərçivəsində messencer bir sıra faydalı funksiyanı əldə edib.
Telegram üçün Yeni il öncəsi böyük yenilənmə istifadəyə verilib
Telegram üçün Yeni il öncəsi böyük yenilənmə istifadəyə verilib
Telegram tərtibatçıları messencer üçün Yeni il öncəsi böyük yenilənməni istifadəyə veriblər.
Telegram-ın Android və iOS versiyaları növbəti böyük yenilənməni əldə ediblər
Telegram-ın Android və iOS versiyaları növbəti böyük yenilənməni əldə ediblər
Telegram-ın Android və iOS versiyaları üçün növbəti böyük yenilənmə istifadəyə verilib.
Telegram-ın Apple Vision Pro-da necə görünəcəyi sərgilənib (VİDEO)
Telegram-ın Apple Vision Pro-da necə görünəcəyi sərgilənib (VİDEO)
Telegram artıq bütün məşhur platformalarda mövcuddur. Android, iOS, Windows və macOS.
Azərbaycan dilli Telegram kanalları vasitəsilə zərərli Whatsapp təkmilləşdirməsi yayılır
Azərbaycan dilli Telegram kanalları vasitəsilə zərərli Whatsapp təkmilləşdirməsi yayılır
Kaspersky şirkətinin mütəxəssisləri internetdə Whatsapp üçün nəzərdə tutulmuş təkmilləşdirməni aşkar ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!