
Grok-3 istifadəyə verildikdən sonra X-in Premium+ abunəliyinin qiyməti 2 dəfə yüksəlib
Sosial Media
18.02.2025
Emil Nəcəfov
Grok-3 süni zəka modelinin son versiyası təqdim olunduqdan cəmi bir neçə saat sonra, X sosial şəbəkəsi Premium+ abunəliyinin qiymətini 2 dəfə artırıb. Bu tarif planı Grok 3-ə məhdudiyyətsiz giriş imkanı təqdim edən ən bahalı abunəlikdir və artıq aylıq ödənişi təxminən 50$-a yüksəlib. X sosial şəbəkəsinin dəstək səhifəsində ABŞ istifadəçiləri üçün Premium+ tarifinin yeni qiyməti 50$/ay və ya 350$/il olaraq qeyd edilib. Bu, son bir neçə ayda ikinci qiymət artımıdır.

Dekabr ayında Premium+ abunəliyinin aylıq qiyməti 16$-dan 22$-a qaldırılmışdı, indi isə qiymət ikiqat artırılaraq daha da bahalaşıb. Elon Musk-ın "dünyanın ən ağıllı süni zəkası" adlandırdığı Grok 3 modelinin bəzi qabaqcıl funksiyaları yalnız SuperGrok tarif planında və ayrı bir Grok tətbiqi vasitəsilə əlçatan olacaq. Buna görə də, "məntiqi düşünmə" və "dərin axtarış" kimi xüsusiyyətlər yalnız Premium+ abunəçiləri üçün aktiv olacaq.
TechCrunch xəbər verib ki, Premium+ abunəliyinin qiymətləri qeydiyyat prosesi boyunca müxtəlif məbləğlər kimi göstərilir. Məsələn, X platformasında abunəliyi almağa çalışarkən əvvəlcə aylıq 39.83$ və ya illik 477.95$ görünə bilər, lakin son səhifədə illik qiymət 395$ kimi göstərilir. Dəstək səhifəsində aylıq qiymət 50$, qeydiyyat səhifəsində 48.40$, sifariş təsdiqləmə səhifəsində isə 40$ olaraq qeyd edilib. Lakin dəyişməyən bir şey var - Premium+ abunəliyinin qiymətinin iki dəfə bahalaşması.
Mənbə: Techcrunch
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk təkmilləşdirilmiş Grok-3 süni zəka çat-botunu təqdim edib

Elon Musk təkmilləşdirilmiş Grok-3 süni zəka çat-botunu təqdim edib
Elon Musk özünün xAI şirkəti tərəfindən hazırlanmış daha güclü və inkişaf etdirilmiş süni modeli Grok-3-ü təqdim edib. Musk-ın sözlərinə əsasən bu yeni süni zəka modeli kainatın təbiətini daha yaxşı anlamağa kömək edəcək çat-botdur.
Elon Musk, Grok 3 çat-botunun yaxın zamanda istifadəyə veriləcəyini elan edib

Elon Musk, Grok 3 çat-botunun yaxın zamanda istifadəyə veriləcəyini elan edib
Elon Musk öz startapı xAI-nin Grok 3 adlı yeni çat-botu təqdim etməyə hazırlaşdığını elan edib. Onun sözlərinə görə, bu model mövcud süni zəka sistemlərindən üstün olacaq.
X-də (keçmiş Twitter) iki yeni tarif planı istifadəyə verilib

X-də (keçmiş Twitter) iki yeni tarif planı istifadəyə verilib
Hələ bir neçə müddət bundan öncə Elon Musk elan etmişdi ki, X-də (keçmiş Twitter) iki yeni tarif planı istifadəyə veriləcək.
Həftənin xəbərləri

