main-post-cover

    Whatsapp istifadəçilərin hesab fotolarının screenshotlarını çəkməyi qadağan edib

    Sosial Media
    13.03.2024
    Emil Nəcəfov
         Whatsapp istifadəçilərin konfidensiallıqlarının qorunması üçün yeni funksiyanı işə salıb. Belə ki, bundan sonra messencerdəki kontaktlar siyahısında istənilən şəxsin hesab fotosunun screenshot fotosunu çəkmək istəyən zaman messencer buna imkan verməyəcək. Qeyd etmək lazımdır ki, bu funksiya Whatsapp-da keçən ay aşkar edilmişdi. Görünür, Meta şirkəti onu hamıda aktivləşdirməyə başlayıb. Messencerin son stabil versiyasında artıq kontaktların hesab fotolarının screenshotlarını reallaşdırmaq mümkün deyil. Bunu etmək istəyən zaman messencer istifadəçiyə bildiriş verir ki, müvafiq prosesin tətbiq daxilində reallaşdırılması qadağandır. Whatsapp üzərindən dələduzların öz sxemlərində necə müxtəlif üsullardan istifadə etdiklərini nəzərə alsaq, bu yenilik Whatsapp üçün böyük müsbət cəhətdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Whatsapp media faylları standart şəkildə HD keyfiyyətdə göndərmək imkanını verəcək
    whatsapp-media-fayllari-standart-sekilde-hd-keyfiyyetde-gondermek-imkanini-verecek
    Whatsapp üzərindən digər messencerlərin istifadəçiləri ilə mesajlaşmaq olacaq
    whatsapp-uzerinden-diger-messencerlerin-istifadecileri-ile-mesajlasmaq-olacaq
    Whatsapp-da Android-in faydalı funksiyası istifadəyə veriləcək
    whatsapp-da-android-in-faydali-funksiyasi-istifadeye-verilecek
    Whatsapp-dakı kanallar üçün yeni funksiyalar istifadəyə verilib
    whatsapp-daki-kanallar-ucun-yeni-funksiyalar-istifadeye-verilib
    Whatsapp-da qrup çatları üçün yeni funksiya istifadəyə verilib
    whatsapp-da-qrup-catlari-ucun-yeni-funksiya-istifadeye-verilib