Xiaomi, Hindistanda yeni telefon markasını təqdim etmək üçün Apple-ın "Crush" reklamını təqlid edib!
Sosial Media
21.05.2024
Farid Pardashunas
Xiaomi markası yeni smartfon modelini təqdim etmək üçün Apple-ın iPad Pro reklamına bənzər reklam videosunu yayımlayıb.
Apple-ın bu yaxınlarda yayımladığı və yaradıcı alətlərin yaxından çəkilişlərini əks etdirən iPad Pro reklamı ağır metaforasına görə tənqidlərə səbəb olmuşdu. Samsung, Apple-ın "Crush" adlanan bu reklamını ələ salarkən, Xiaomi şirkəti yeni təqdim olunacaq smartfonu üçün eyni tipdə reklamını çarxını yayımlayıb.
Ötən günlərin birində Xiaomi, X-də (keçmiş Twitter) Apple-ın iPad Pro reklamına olduqca bənzəyən videonu yayımlayıb. Lakin bu dəfə əzilən əşyaların əvəzinə, əzici səth yarıda dayanır və sonra isə ekranda "Ci" və "Vi" hərflərinin qırmızı ilə vurğulandığı "Cinematic Vision" mətni ortaya çıxır. Bu hərflər Xiaomi-nin gənclər üçün smartfon seriyası olan “Civi” sözünü ehtiva edir. Xiaomi-nin "Civi" model smartfonları indiyə qədər yalnız Çində satışa təqdim olunurdu və ən son smartfon modeli isə "Xiaomi Civi 4 Pro" olaraq adlanırdı.
Rəsmi olaraq təsdiq olunmasa da, "Xiaomi 14 Civi"nin Hindistanda markanın ilk "Civi" telefonu və "Civi 4 Pro"nun rebrendinq edilmiş versiyası olacağı iddia edilir. Əgər bu iddialar doğrudursa, telefonun 120 Hz yeniləmə tezliyi ilə 6.55 düymlük 1.5K (2750 x 1236 piksel) AMOLED displeyinə sahib olacağı gözlənilir.
Cihaz gücünü LPDRR5X RAM və UFS 4.0 daxili yaddaş standartına sahib Snapdragon 8s Gen 3 prosessorundan alacaq. Kameralara gəlincə, arxa tərəfdə 50 meqapiksellik əsas, 50 meqapiksellik telefoto və 12 meqapiksellik ultra geniş obyektiv, ön tərəfdə isə selfilər üçün 32 meqapiksellik kamera sensoru olacaq. Cihaz 67 Vt-lıq doldurma dəstəyinə sahib 4700 mAh-lıq batareya tutumu ilə gələcək və Android 14 əsaslı HyperOS əməliyyat sistemilə qutudan çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
4-cü nəsil iPhone SE-nin hansı qiymətə sahib olacağı açıqlanıb
4-cü nəsil iPhone SE-nin hansı qiymətə sahib olacağı açıqlanıb
Heç şübhəsiz Apple şirkəti hal-hazırda 4-cü nəsil iPhone SE smartfonu üzərində çalışır.
Redmi Pad Pro planşeti qlobal bazarda satışa çıxıb
Redmi Pad Pro planşeti qlobal bazarda satışa çıxıb
Xiaomi şirkətinin Redmi brendi aprel ayında Çində Redmi Pad Pro planşetini təqdim etmişdi. İndi isə məlum olub ki, sözügedən planşet qlobal bazarda (Avropa bazarında) satışa çıxıb.
Apple və OpenAI şirkətləri WWDC 2024 çərçivəsində birgə şəkildə böyük elana hazırlaşırlar
Apple və OpenAI şirkətləri WWDC 2024 çərçivəsində birgə şəkildə böyük elana hazırlaşırlar
10 iyun tarixində Apple şirkətinin tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2024 konfransı start götürəcək.
iPhone 16 seriyası üçün iki yeni rəng variantı ortaya çıxıb!
iPhone 16 seriyası üçün iki yeni rəng variantı ortaya çıxıb!
Apple, ilin sonunda iPhone 16 seriyasını təqdim edəcək. Sentyabr ayında təqdim ediləcəyi gözlənilən yeni iPhone modelləri üçün bu yaxınlarda iki yeni rəng variantı ortaya çıxıb.
POCO-nun ilk planşetinin təqdimatı anons edilib
POCO-nun ilk planşetinin təqdimatı anons edilib
Xiaomi-nin POCO brendi keçən həftə POCO F6 Pro smartfonunun təqdimatını anons etmişdi. Sözügedən smartfon 23 may tarixində təqdim olunacaq. İndi isə rəsmi şəkildə məlum olub ki, POCO brendi 23 may tarixində üstəlik öz ilk planşetini də təqdim edəcək.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!