10 sualdan ibarət ekspert testi: Hansı foto realdır və hansı süni intellekt tərəfində yaradılıb?
Süni İntellekt
30.07.2024
Farid Pardashunas
Rəqəmsal dövrün sürətlə inkişaf edən texnologiyaları arasında süni intellekt (AI) tərəfindən yaradılan fotoşəkillər getdikcə daha xüsusi olur. Bu, real və süni intellekt tərəfindən yaradılan şəkillər arasındakı fərqi ayırd etməyi getdikcə çətinləşdirir. Bu kontekstdə Reddit istifadəçisi Darien-B tərəfindən hazırlanmış maraqlı testlə özünüzü sınaya bilərsiniz.
Objectively.foundation adlı qeyri-kommersiya saytında mövcud olan bu test, iştirakçılara 10 müxtəlif sual təklif edir. Hər suala iki şəkil daxildir: Biri real foto, digəri isə süni intellekt tərəfindən hazırlanmış xüsusi görüntüdür. Testin məqsədi istifadəçilərin tənqidi düşünmə və vizual analiz bacarıqlarını yoxlamaq və onların süni intellekt məzmununu fərqləndirə bilib-bilmədiyini öyrənməkdir. Bu test, əslində daha geniş müzakirənin bir hissəsidir... Xüsusilə rəqəmsal inqilab və süni intellekt əsrində tənqidi düşünmək və obyektiv olmaq qabiliyyətimiz əvvəlkindən daha böyük təhlükə altındadır. Bəşəriyyət tarix boyu bu anlayışlarla bağlı müxtəlif dilemmalar yaşasa da, süni intellektin inkişafı bu anlayışları getdikcə daha çox mübahisəli edib.
Darien-B tərəfindən hazırlanmış test, 50% həddi keçmədiyiniz halda, necə maraqlı bir dövrdə olduğumuza dair çox vacib məlumatlar təqdim edir. Əslində, iki gözünüzlə aydın şəkildə görə biləcəyiniz, lakin heç bir şəkildə manipulyasiya edilməmiş bir görüntünü saxtası ilə ayırd edə bilməmək, gələcəkdə daha nələr görüb, yaşaya biləcəyimizə dair də qorxuducu bir mənzərəyə işarə edir. Sınaqda iştirak etmək istəyirsinizsə, bura klikləməklə müvafiq internet saytına daxil ola bilərsiniz. Testi həyata keçirərkən real olduğunu düşündüyünüz şəkilləri seçməyə çalışmalısınız.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
4D formatlı videoların tərtibatı üçün Stable Video 4D adlı süni zəka modeli təqdim edilib
4D formatlı videoların tərtibatı üçün Stable Video 4D adlı süni zəka modeli təqdim edilib
Generativ süni zəka sistemlərinin məşhurluqları fonunda videoların tərtibatı üçün nəzərdə tutulmuş artıq çoxlu sayda süni zəka sistemi mövcuddur.
Google bir foto əsasında video tərtib edə bilən süni zəka modelini sərgiləyib
Google bir foto əsasında video tərtib edə bilən süni zəka modelini sərgiləyib
Google tərtibatçıları şirkətin VLOGGER adlı yeni süni zəka modeli barəsində məlumatlar veriblər.
Meta açıq mənbəli koda sahib ən böyük süni zəka modelini təqdim edib
Meta açıq mənbəli koda sahib ən böyük süni zəka modelini təqdim edib
Meta şirkəti hal-hazırda açıq mənbəli koda sahib ən böyük süni zəka modelini təqdim edib. Söhbət, Llama 3.1-dən gedir.
Yaponiyada 52 yaşlı şəxs Miku adlı süni zəka əsaslı çat-botla evlənib
Yaponiyada 52 yaşlı şəxs Miku adlı süni zəka əsaslı çat-botla evlənib
Yaponiyanın 52 yaşlı vətəndaşı Chiharu Shimodo qeyri-adi evliliyi həyata keçirib.
OpenAI şirkəti GPT-4o Mini adlı yeni süni zəka modelini istifadəyə verib
OpenAI şirkəti GPT-4o Mini adlı yeni süni zəka modelini istifadəyə verib
OpenAI şirkəti hələ bir neçə müddət bundan öncə təqdim etmiş olduğu GPT-4o adlı süni zəka modelinin sadələşdirilmiş və əlçatan versiyasını təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ