22 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən ekzoplanet yerləşir
Süni İntellekt
17.11.2023
Emil Nəcəfov
Amerikalı alimlər təsdiqləyiblər ki, Yer kürəsindən cəmi 22 işıq ili uzaqlığında bizim planetimizi xatırladan ekzoplanet yerləşir. Yer kürəsinə bənzər ekzoplanetlər arasında bu ekzoplanet bizim planetə ən yaxın məsafədə yerləşəndir. Sözügedən ekzoplanet LTT 1445 Ac adını əldə edib və o, TESS teleskopu vasitəsilə 2021-ci ildə kəşf edilib. Bu ekzoplanet tranzit üsulu sayəsində kəşf edilib. Belə ki, ekzoplanet öz ulduzu qarşısından keçən zaman onun parlaqlığını aşağı salır və alimlər bunun sayəsində bu və ya digər ulduz sistemindəki planeti təyin edə bilirlər. Məsələ burasındadır ki, 2021-ci ildə ekzoplanetin müşahidəsini aparmaq çətin iş idi.
Səbəb isə ondadır ki, ekzoplanet üçlü ulduz sistemində cırtdan ulduz ətrafında dövr edir. Nəticədə sistemdəki digər iki uklduz cırtdan ulduzun parlaqlığına və şüasının sürətinə təsir göstərir. Müşahidələrə Hubble teleskopunun qoşulması sayəsində məlum olub ki, LTT 1445 Ac adlı ekzoplanet Yer kürəsindən 1.37 dəfə ağırdır. Onun radiusu isə Yer kürəsinin radiusundan 1.07 dəfə böyükdür. Bununla yanaşı məlum olub ki, ekzoplanetin sıxlığı hər kub santimetrə 5.9 qramm təşkil edir. Yer kürıəsində isə bu göstərici hər kub santimetrə 5.51 qramm-dır. Burdan da belə qənaətə gəlmək olar ki, LTT 1445 Ac-ın strukturu ilə tərkibi Yer kürəsinin strukturu ilə tərkibinə bənzəyir.
Orda bioloji həyat növünün olub-olmaması məsələsində isə faktlar daha çox “yox” cavabına işarə edirlər. Məsələ burasındadır ki, LTT 1445 Ac öz ulduzu ətrafında tam dövrü 3.12 sutkaya reallaşdırır. Yəni ekzoplanet öz ulduzuna olduqca yaxın məsafədə yerləşir. Onun ulduzunun sadəcə qırmızı cırtdan (Günəşdən daha soyuq ulduz) olmasına baxmayaraq LTT 1445 Ac-ın səthində temperatur göstəricisi 260 dərəcə Selsiyə çatır. Digər tərəfdən əgər planet öz oxu ətrafında fırlanmırsa, onun səthindəki işıq ilə kölgə arasındakı sərhəddə nəzəri cəhətdən bioloji həyat növü mövcud ola bilər. Lakin bu da dəqiq bir fakt deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Erkən kainatda Süd Yolu qalaktikasının kiçik ölçülü kopyası aşkar edilib
Erkən kainatda Süd Yolu qalaktikasının kiçik ölçülü kopyası aşkar edilib
James Webb kosmik teleskopu hələ elmi açıqlaması olmayan heyrətləndirici məlumatları təqdim etməyə davam edir.
Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəlik kəşf edilib
Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəlik kəşf edilib
Alimlər Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəliyi kəşf ediblər.
Alimlər insanın immun sisteminin çəkisini hesablayıblar
Alimlər insanın immun sisteminin çəkisini hesablayıblar
Veysman İnstitutunun mütəxəssisləri orta statistik insanın immun sisteminin bütün hüceyrələrinin siyahıyaalma prosesini reallaşdırıblar.
Yer kürəsinin nüvəsində digər planetin qalıqları yerləşmiş ola bilər
Yer kürəsinin nüvəsində digər planetin qalıqları yerləşmiş ola bilər
Çin Elmlər Akademiyasının alimləri iddia edirlər ki, onlar Yer kürəsinin nüvəsində digər planetin qalıqlarının qaldığı fərziyyəsinin yeni sübutlarını aşkar ediblər.
Ayın yaşı daha öncə düşünüldüyündən daha çox imiş
Ayın yaşı daha öncə düşünüldüyündən daha çox imiş
NASA Ay səthindən Yer kürəsinə çatdırılmış çoxlu sayda nümunəni öz anbarlarında möhürlü şəkildə saxlayır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!