main-post-cover

    Alter3 adlı robotla GPT-4 arasında əlaqə yaradılıb (VİDEO)

    Süni İntellekt
    20.12.2023
    Emil Nəcəfov
         Tokio Universitetinin mütəxəssisləri Alter3 adlı robot ilə böyük dil modeli olan GPT-4 arasında əlaqə yarada biliblər. Bunun sayəsində mütəxəssislər robotda insana bənzər jestləri yerinə yetirməyi və robotu təbii dil vasitəsilə proqramlaşdırmağı bacarıblar. Alter3 2016-cı ildə istifadəyə verilmiş robotun ən yeni versiyasıdır. O, bədənin yuxarı hissəsi vasitəsilə qəliz hərəkətləri yerinə yetirə bilir. Bura həmçinin real üz mimikaları da daxildir. Onun bədəni xüsusi dayağa bərkidilib. Bu səbəbdən də o, gəzə bilmir. Lakin bununla belə robot gəzmə prosesini imitasiya edə bilir.
         GPT-4 vasitəsilə mütəxəssislər robotu müxtəlif simulyasiyaları yerinə yetirməyi öyrədiblər. Buna misal olaraq selfie fotosu çəkməyi, oyun topunun atılmasını, popkorn yeyilməsini və xəyali gitarada ifanı gətirmək olar. Daha əvvəllər bu cür hərəkətlərin yerinə yetirilməsi üçün onları ayrı-ayrılıqda proqramlaşdırmaq lazım gəlirdi. GPT-4 sayəsində isə robot bu tapşırıqları nitq vasitəsilə verilən təlimatları qəbul edərək yerinə yetirir. Mütəxəssislər bildiriblər ki, birbaşa idarə insan hərəkətlərinin linqvistik ifadələrinin robot bədəninə proqram kodu vasitəsilə köçürülməsi sayəsində mümkün olur.
         Bu öz növbəsində robotla insan arasındakı qarşılıqlı əlaqə imkanlarını genişləndirir. Bunun sayəsində robototexnika sahəsində daha intellektual və adaptiv robotları gözləmək olar. Alter3-ün konstruksiyasında olan kamera ona insanların reaksiyalarını incələyərək öz davranışını təkmilləşdirməyə imkan verir. Robototexnika sahəsində böyük dil modellərinin istifadəsi mühəndisləri robotun hər bir hərəkətini proqramlaşdırmaq kimi rutin işdən azad edir. Nəticədə mütəxəssislər robotun hərəkətlərini tez, axıcı və dəqiq şəkildə ayarlaya bilirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    2023-cü ilin ən vacib sözü təyin edilib
    2023-cu-ilin-en-vacib-sozu-elan-edilib
    Google Gemini adlı süni zəka modelini təqdim edib (VİDEO)
    google-gemini-adli-suni-zeka-modelini-teqdim-edib-video
    Foto tərtibatı zamanı süni zəkanın sərf etdiyi enerji bir smartfonun enerjisinə bərabərdir
    foto-tertibati-zamani-suni-zekanin-serf-etdiyi-enerji-bir-smartfonun-enerjisine-beraberdir
    Google şirkəti Gemini adlı süni zəka sisteminin işə salınmasını gələn ilə təxirə salıb
    google-sirketi-gemini-adli-suni-zeka-sisteminin-ise-salinmasini-gelen-ile-texire-salib
    NVIDIA CEO-su: "Artıq 5 ildən sonra süni zəka insanla rəqabət apara biləcək"
    nvidia-ceo-su-artiq-5-ilden-sonra-suni-zeka-insanla-reqabet-apara-bilecek