main-post-cover

    Anthropic şirkəti öz Claude adlı çat-botunun yeni versiyasını istifadəyə verib

    Süni İntellekt
    05.03.2024
    Emil Nəcəfov
         Süni zəka sahəsində fəaliyyət göstərən Anthropic şirkəti özünün Claude adlı süni zəka əsaslı çat-botunun yeni versiyasını istifadəyə verib. Çat-botun istifadəyə verilmiş yeni versiyası Claude 3 Opus adlanır. Şirkət bildirib ki, Claude 3 Opus bəzi faktorlar baxımından digər analoqlardan daha üstündür. Məlumatda qeyd edilib ki, Claude 3 Opus əsasən elmi məlumatlarla çalışmada, riyazi tapşırıqların yeirnə yetirilməsində və proqram təminatı kodunun tərtibatında böyük effektivliyə sahibdir.
         Anthropic şirkətinin icraçı direktoru Dario Amodei bildirib ki, Claude 3 Opus OpenAI şirkətinin GPT-4Google şirkətinin Gemini sistemini bu və digər mövzularda üstələyir. Claude 3 Opus aylıq abunəlik tarifi üzrə təqdim edilir və ondan aylıq istifadə haqqı 20$ təşkil edir. Lakin istifadəçilər çat-botun daha sadələşdirilmiş və pulsuz versiyasından istifadə edə bilərlər. Söhbət, Claude 3 Sonnet-dən gedir. Çat-botun hər iki versiyası mətnli sorğuların emalı ilə yanaşı təsvirlərin, qrafiklərin və diaqramların analizlərini də reallaşdıra bilərlər. Bununla yanaşı Anthropic-in korporativ müştəriləri şirkətin bu texnologiyalarından istifadıə edərək fərdi çat-botlarını da yarada bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
    texnoloji-sirketlerin-suni-zeka-startaplarina-investisiyalari-abs-tenzimleyici-orqani-terefinden-arasdirilir
    Google şirkəti OpenAI rəqibinə 2 milyard dollar investisiya yatıracaq
    google-sirketi-openai-reqibine-2-milyard-dollar-investisiya-yatiracaq