main-post-cover

    Avropa Birliyi “qəbuledilməz risk” yaradan süni zəka sistemlərini tamamilə qadağan edib

    Süni İntellekt
    03.02.2025
    Emil Nəcəfov
         Avropa Birliyi ölkələrində “Süni Zəka Qanunu”nun (AI Act) ilk tələbləri qüvvəyə minib. Bu, süni zəkanın istifadəsini tənzimləyən irimiqyaslı qanundur. Bu qanun 2024-cü ilin mart ayında Avropa Parlamenti tərəfindən təsdiqlənib və cəmiyyət üçün “qəbuledilməz risk” yaradan süni zəka sistemlərini qadağan edir. Qanun, texnologiyaları dörd risk səviyyəsinə ayırır – minimal (məsələn, spam filtrləri) səviyyədən başlayaraq, artıq tamamilə qadağan edilən qəbuledilməz səviyyəyədək. Məlumata əsasən, qadağa sosial qiymətləndirmə (insanların sosial xarakteristikalarına görə qiymətləndirilməsi), davranış manipulyasiyası, zahiri görünüşə əsasən cinayətlərin proqnozlaşdırılması, iş və ya məktəbdə insanların emosiyalarının analizi, eləcə də ictimai yerlərdə real vaxt rejimində biometrik məlumatların toplanması üçün istifadə edilən süni zəka sistemlərinə şamil edilib.
         Bu qaydaları pozan şirkətlər 35 milyon avroya və ya illik dövriyyələrinin 7%-i həcmində cərimə riski ilə üzləşirlər. Bununla belə, Slaughter and May hüquq şirkətinin texnologiya sahəsinin rəhbəri Rob Sumroy qeyd edib ki, cərimələr dərhal tətbiq edilməyəcək. "Təşkilatlar 2 fevraldan etibarən qaydalara tam əməl etməyə hazır olmalıdır, lakin əsas tədbirlər yalnız yay sonuna doğru qüvvəyə minəcək” - deyə Sumroy qeyd edib. Qeyd etmək lazımdır ki, bəzi şirkətlər qanun qüvvəyə minməmişdən əvvəl yeni tələblərə hazırlaşmağa başlayıblar. Belə ki, 2024-cü ilin sentyabrında Amazon, Google OpenAI də daxil olmaqla 100-dən çox təşkilat, AI Act prinsiplərinin dərhal tətbiq edilməsinə dair könüllü razılaşma imzalayıb.
         Bu sənəd onları qanunun müddəalarını əvvəlcədən nəzərə almağa və texnologiyalarının risklərini qiymətləndirməyə məcbur edib. Lakin Meta Apple kimi şirkətlər bu məsələdə iştirakdan imtina ediblər. Buna baxmayaraq, Sumroy-un qeyd etdiyi kimi, bu fakt şirkətləri qanunun tələblərinə əməl etmək öhdəliyindən azad etmir. Qanunda bəzi qadağalara istisnalar da nəzərdə tutulub. Məsələn, hüquq-mühafizə orqanları müvafiq qurumların icazəsi olduqda, itkin düşmüş şəxslərin axtarışı və ya həyata təhlükənin qarşısının alınması məqsədilə ictimai yerlərdə biometrik sistemlərdən istifadə edə bilərlər
         Həmçinin, məktəblərdə və ya iş yerlərində emosiyaları analiz edən sistemlərin tətbiqinə yalnız tibbi və ya terapevtik məqsədlərlə əsaslandırıldığı halda icazə verilir. Eyni zamanda, mütəxəssislər yeni qanunun artıq mövcud olan GDPR, NIS2 DORA kimi qaydalarla üst-üstə düşməsi səbəbilə yarana biləcək çətinliklər barədə xəbərdarlıq edirlər. Samroy bunu belə izah edir: "Süni zəkanın tənzimlənməsi ilə bağlı qanunlar ayrıca, boşluqda mövcud olmur. Şirkətlər müxtəlif hüquqi aktların qarşılıqlı təsirini nəzərə almalı, xüsusilə pozuntular və insidentlər barədə bildirişlərlə bağlı tələbləri uyğunlaşdırmalıdır”. Qanunun bütün müddəalarının, o cümlədən cərimələrin 2025-ci ilin avqust ayına qədər tam tətbiq olunması gözlənilir.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple CEO-su Tim Cook: "DeepSeek innovativlik sərgiləyib"
    apple-ceo-su-tim-cook-deepseek-innovativlik-sergileyib
    Süni zəka yaradıcılığı müəllif hüquqları ilə qorunmur
    suni-zeka-yaradiciligi-muellif-huquqlari-ile-qorunmur
    DeepSeek böyük texnoloji şirkətlərin səhvlərini ortaya çıxardı
    deepseek-boyuk-texnoloji-sirketlerin-sehvlerini-ortaya-cixardi
    Çin süni zəkanın inkişafına 1 trilyon yuan investisiya yatıracaq
    cin-suni-zekanin-inkisafina-1-trilyon-yuan-investisiya-yatiracaq
    DeepSeek fotoların tərtibatı üçün süni zəka modelini təqdim edib
    deepseek-fotolarin-tertibati-ucun-suni-zeka-modelini-teqdim-edib