Baidu şirkəti özünün Ernie adlı süni zəka modelinin 4.0 versiyasını təqdim edib
Süni İntellekt
17.10.2023
Emil Nəcəfov
Çinin Baidu şirkəti özünün Ernie adlı süni zəka modelinin yeni versiyası Ernie 4.0-ı təqdim edib. Şirkətin sözlərinə əsasən sözügedən süni zəka modeli GPT-4 və digər aparıcı süni zəka modelləri ilə rəqabət apara bilir. Şirkətin CEO-su Robin Li Pekində keçirilmiş Baidu World adlı konfransda Ernie 4.0-ın imkanlarını sərgiləyib.
Robin Li-nin sözlərinə əsasən Ernie 4.0-da anlama, əsaslandırma, yaddaş və tərtib etmə funksiyaları reallaşdırılıb. Baidu CEO-su bildirib ki, Ernie 4.0 qəliz sualları və təlimatları başa düşə və suallara cavabların tərtib olunması üçün əsaslandırma ilə məntiqi tətbiq edə bilir. Məlumatda qeyd edilib ki, Ernie 4.0 OpenAI şirkətinin GPT-4 modelindən heç bir özəlliyə görə geri qalmır. Ernie 4.0 hal hazırda məhdud sayda istifadəçi üçün aktivdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka əsaslı çat-botlar bioloji hücumların planlaşdırılmasında yardımçı ola bilirlər
Süni zəka əsaslı çat-botlar bioloji hücumların planlaşdırılmasında yardımçı ola bilirlər
ABŞ-ın Rand Corporation adlı analitik mərkəzinin aparmış olduğu tədqiqata əsasən çat-botların tərkiblərində istifadə edilən süni zəka modelləri bioloji hücumun planlaşdırılması ilə bağlı məsləhətləri təqdim etmək potensialına sahibdirlər.
Süni zəka artıq yaxın illərdə şüura sahib ola bilər
Süni zəka artıq yaxın illərdə şüura sahib ola bilər
Süni zəka texnologiyalarının hazırlanmasında yardımçı olmuş alim süni zəkanın təhlükəsiz inkişaf üsullarını ən yaxşı şəkildə fikirləşmək yolunda hökumətləra, şirkətlərə və həmkarlarına çağırışlar edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!