main-post-cover

    Cinayətləri baş verməmişdən əvvəl proqnozlaşdıra bilən süni intellekt hazırlanıb!

    Süni İntellekt
    17.09.2024
    Farid Pardashunas

         Filmlərdə gördüklərimiz süni intellekt əsrində bir-bir gerçəkləşməyə davam edir. İndi isə iddialara görə, cinayətləri baş verməmişdən əvvəl proqnozlaşdıra bilən süni intellekt hazırlanıb.

         Cənubi Koreya Elektron və Telekommunikasiya Tədqiqat İnstitutu (ETRI) tərəfindən hazırlanmış "Dejaview" adlı bu süni intellekt sistemi, real vaxt rejimində CCTV analizi ilə cinayət potensialını əvvəlcədən müəyyənləşdirir və vəziyyəti səlahiyyətlilərə bildirir. Gecə saatlarında, xüsusən də sakit və təcrid olunmuş ərazilərdə törədilən cinayətlər əsasında müəyyən rayonlarda oxşar hadisələrin təkrarlanma ehtimalı qiymətləndirilir. Dejaview, maşın öyrənməsi ilə öyrədilir və keçmiş hadisələrin və ətraf mühit amillərinin qeydlərini araşdıraraq mümkün cinayətləri aşkar edə bilir. Zaman, yer və keçmiş cinayət məlumatları kimi dəyişənlər üzərində işləyən sistem, riskli ərazilərdə daha sıx təhlükəsizlik tədbirlərinin alınmasını təmin edir. Seocho şəhər məlumatları ilə aparılan sahə sınaqlarında sistem, 82.8% dəqiqlik dərəcəsi nümayiş etdirə bilib.
         Dejaview-nun digər mühüm komponenti isə “fərdi mərkəzli təkrar cinayətin proqnozlaşdırılması” olaraq adlanır. Fərdi yönümlü residiv riskinin təhlilinə əsaslanaraq, bu komponent, yüksək risk qruplarında olan şəxslərin hərəkətlərini izləyir və onların eyni cinayəti yenidən törətmə ehtimalını qiymətləndirir. Nəhayət, sistem bu insanların hərəkət modellərini izləyə və davranışlarının tezliklə başqa bir cinayət törədə biləcəyini göstərib-göstərmədiyini təhlil edə bilər. Bəs Dejaview, bu zəkaya necə sahib olub? Məlumata görə, sistem 3 il ərzində müxtəlif hadisələri əks etdirən 32.000-dən çox CCTV klipindən ibarət kütləvi verilənlər bazası üzərində təlim keçib. Süni intellekt, bu məlumatlardan nümunələri tanımağı öyrənib və indi də bu məlumatdan cinayətin real vaxt proqnozlaşdırılması üçün istifadə edir.
         Əlbəttə, süni intellektə əsaslanan cinayət proqnozlaşdırılması dərin bir etik müzakirəni də özü ilə birlikdə gətirə bilər. George Orwellin "fərdlərin daim izlənməsi" vurğusu ağıla gələrkən, ETRI, Dejaview-in tətbiqini hava limanları, enerji obyektləri, fabriklər və milli tədbirlərin müşahidəsi kimi ictimai təhlükəsizlik infrastrukturuyla məhdudlaşdırır. Xüsusi təhlükəsizlik qurumları üçün ticarət istifadəsinin 2025-ci ilin sonuna qədər baş tutacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəka güclü zəlzələni 3 ay öncədən proqnozlaşdırmağı öyrənib
    suni-zeka-guclu-zelzeleni-3-ay-onceden-proqnozlasdirmagi-oyrenib
    Oracle, yeni süni intellekt məlumat mərkəzi üçün 3 nüvə reaktorundan istifadə edəcək!
    oracle-yeni-suni-intellekt-melumat-merkezi-ucun-3-nuve-reaktorundan-istifade-edecek
    OpenAI insan düşüncəsini imitasiya edə bilən yeni süni zəka modelini təqdim edib
    openai-insan-dusuncesini-imitasiya-ede-bilen-yeni-suni-zeka-modelini-teqdim-edib
    OpenAI yeni süni zəka sistemini növbəti 2 həftə ərzində istifadəyə verə bilər
    openai-yeni-suni-zeka-sistemini-novbeti-2-hefte-erzinde-istifadeye-vere-biler
    Tələbələrin hətta özlərini tanıtmaq üçün də ChatGPT-dən istifadə etdikləri ortaya çıxıb!
    telebelerin-hetta-ozlerini-tanitmaq-ucun-de-chatgpt-den-istifade-etdikleri-ortaya-cixib