main-post-cover

    Google DeepMind CEO-sunun sözlərinə görə, mövcud süni intellektlər bir pişik qədər ağıllı deyillər!

    Süni İntellekt
    11.07.2024
    Farid Pardashunas

         Hansı süni intellekt şirkətindən soruşsanız, sistemlərinin çox ağıllı olduğunu deyəcəklər. Lakin, Google DeepMind CEO-sunun sözlərinə görə, indiki süni intellekt modellərinin IQ səviyyələri hətta bir ev pişiyi qədər yüksək belə deyil.

         İntellekt, düşünmək, obyektiv faktları qavramaq, dərk etmək, mühakimə etmək və nəticə çıxarmaq, habelə mücərrədləşmək, öyrənmək və yeni vəziyyətlərə uyğunlaşmaq qabiliyyətlərinin məcmusudur. Yəni intellekt, çox ümumi bir anlayışdır. Günümüzdəki süni intellektlər isə çox spesifik sahələrdə fəaliyyət göstərirlər.
         Bu səbəbdən Hassabis-in işi bugünkü süni intellektə deyil, AGI-yə, yəni süni ümumi intellektə yönəlib. Hassabis açıqlamada "Hazırda biz ümumiyyətlə insan səviyyəsində intellektdən çox uzağıq. Lakin süni intellekt müəyyən sahələrdə, məsələn, oyunda dünyanın ən yaxşılarından da daha yaxşıdır" sözlərini deyib. Bir AGI isə hər mövzuda insan səviyyəsində çıxış edə bilən süni intellektin varlığını təklif edir. Biz bunu yalnız tövsiyə edir və deyirik, çünki belə bir süni intellekt hələ qurulmayıb. Ona görə də fərziyyələr hələlik nəzəri səviyyədə qalır.
         Bundan başqa, Hassabis-in sözlərinə görə, süni intellekt, ən azı Sənaye İnqilabı ya da alovun və ya elektrik enerjisinin ixtirası qədər böyük bir inkişaf olacaq. CEO hesab edir ki, gələcəkdə süni intellekt enerji, materialşünaslıq, səhiyyə, iqlim və riyaziyyata böyük təsir göstərəcək. Hassabis, həmçinin Google DeepMind-in üzərində işlədiyi “Project Astra” adlı layihə barəsində də danışıb. ChatGPT və ya hətta Google-un öz Gemini kimi süni intellekt çatbotundan daha çox, Project Astra, istifadəçinin vəziyyəti, ətraf mühit, seçimlər, tarix və s. haqqında məlumatlı bir süni intellekt olacaqdır. Google I/O 2024-də Project Astra, qısa təqdimat və diqqətçəkici video vasitəsilə bizə göstərilmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çin süni zəka patentləri mövzusunda lider ölkəyə çevrilib
    cin-suni-zeka-patentleri-movzusunda-lider-olkeye-cevrilib
    ElevenLabs, süni intellekt seçimlərinə dünyasını dəyişən məşhurların səslərini əlavə edib!
    elevenlabs-suni-intellekt-secimlerine-dunyasini-deyisen-meshurlarin-seslerini-elave-edib
    Süni zəka əsaslı Grok çat-botunun təılimatlandırılmasının hansı qiymətə başa gəldiyi məlum olub
    suni-zeka-esasli-grok-cat-botunun-teilimatlandirilmasinin-hansi-qiymete-basa-geldiyi-melum-olub
    Apple, süni intellekt xüsusiyyətlərinin istifadəsi üçün ödəniş tələb edə bilər!
    apple-suni-intellekt-xususiyyetlerinden-istifade-ede-bilmek-ucun-odenis-teleb-ede-biler
    Microsoft: İnternetdə paylaşılan məlumatlar sərbəstdir və biz də ondan istifadə edirik!
    microsoft-internetde-paylasilan-melumatlar-serbestdir-ve-biz-de-ondan-istifade-edirik