main-post-cover

    İstənilən səs effektini yarada bilən süni intellekt hazırlanıb!

    Süni İntellekt
    03.06.2024
    Farid Pardashunas

         Süni intellekt texnologiyalarında söz sahibi olan ElevenLabs, yalnız əmrlərə əsaslanaraq partlayışlar, fasilələr və ya digər səs effektləri yarada bilən süni intellekt sistemi hazırlayıb.

         ElevenLabs-ın yeni "Sound Effects AI" aləti ilə podkastlar, filmlər və ya oyunlar üçün səs effektləri hazırlana biləcək. Bu alət, tələb olunduqda 22 saniyəyə qədər audio kliplər yarada və endirilə bilən 4 klip hazırlaya bilir. Şirkət, eyni zamanda Shutterstock ilə kitabxana yaratmaq və modelini audio kliplər üzərində öyrətmək üçün işlədiyini vurğulayır. Əlavə olaraq, onu da qeyd edək ki, şirkətin yeni "Sound Effects" alətindən istifadə ödənişsizdir. Pulsuz istifadəçilər, kliplərdən istifadə etmək üçün ElevenLabs-a atribut təqdim etməli olsalar da, pullu istifadəçilər bu çıxışları kommersiya lisenziyası ilə istifadə edə bilərlər. Bununla belə, pulsuz istifadəçilər üçün ayda 10.000 simvol limiti var.
    View post on X
         Səs effektləri YouTube videolarından tutmuş canlı yayımlara, filmlərə və sosial media yazılarına qədər hər şeydə istifadə olunur. Hazırda kinorejissorlar və video oyun tərtibatçıları üçün bazarda çoxlu səs effekti klipləri kitabxanası olsa da, onların əksəriyyəti ucuz deyil. İkinci problem odur ki, bu kitabxanalarda istədiyiniz səsi tapmaq çətindir. ElevenLabs, bunu sizə daha sərfəli qiymətlərlə təklif edir. Qiymətlə yanaşı, səs effektləri də istəyinizə uyğun olaraq özəlləşdirilə bilər ki, bu da bir növ orijinallıq qatır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Avropa Birliyi süni zəkanın təhlükəsiz inkişafına nəzarət edəcək yeni qurumunu yaradıb
    avropa-birliyi-suni-zekanin-tehlukesiz-inkisafina-nezaret-edecek-yeni-qurumunu-yaradib
    Yaxın zamanda hər ikinci smartfon süni zəka funksiyalarına sahib olacaq
    yaxin-zamanda-her-ikinci-smartfon-suni-zeka-funksiyalarina-sahib-olacaq
    OpenAI, ChatGPT-nin universitetlər üçün olan versiyası "ChatGPT Edu"nu təqdim edib!
    openai-chatgpt-nin-universitetler-ucun-olan-versiyasi-chatgpt-edunu-teqdim-edib
    Süni intellektlə işləyən hibrid avtomobil kamerası, obyektləri 100 dəfə daha sürətli şəkildə aşkarlaya bilir!
    suni-intellektle-isleyen-hibrid-avtomobil-kamerasi-obyektleri-100-defe-daha-suretli-sekilde-askarlaya-bilir
    Çində dünyanın ilk süni intellekt xəstəxanası açılıb!
    dunyanin-ilk-suni-intellekt-xestexanasi-acilib