main-post-cover

    OpenAI daxilində süni zəka idarəsi ilə bağlı yeni tədqiqat qrupu formalaşdırılıb

    Süni İntellekt
    17.01.2024
    Emil Nəcəfov
         OpenAI şirkəti öz tərkibində Collective Alignment adlı yeni tədqiqat qrupunun formalaşdırıldığını elan edib. Məlumata əsasən sözügedən yeni tədqiqat qrupu şirkətin süni zəka modellərinin davranışları ilə bağlı qərarların verilməsində ictimai fikirlərin yığılması və uçotu sistemlərinin hazırlanması ilə məşğul olacaq. OpenAI təmsilçilərinin sözlərinə əsasən Collective Alignment tədqiqat qrupu şirkətin gələcək süni zəka modellərinin cəmiyyətin gözləntiləri və dəyərlərinə uyğunluqlarını təmin edəcək.
         Sözügedən tədqiqat qrupun formalaşdırılması keçən il OpenAI tıərəfindən işə salınmış qrant proqramının nəticəsidir. İşə salınmış qrant çərçivəsində süni zəka sistemlərinin idarəsinə ictimai nəzarətin və demokratik proseslərin inteqrasiyası ilə bağlı təcrübələr aparılmışdı. Gələcəkdə Collective Alignment qrupu şirkətin servis və məhsullarına perspektivli prototiplərin inteqrasiyası ilə məşğul olacaq. OpenAI bildirib ki, onun bu təşəbbüsü şirkətin süni zəka sisteminin cəmiyyət üçün maksimal dərəcədə təhlükəsiz faydalı olmasına hədəflənib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI öz məhsullarının hərbi məqsədlərdə istifadə qadağasını aradan qaldırıb
    openai-oz-mehsullarinin-herbi-meqsedlerde-istifade-qadagasini-aradan-qaldirib
    OpenAI çat-botlar mağazasını istifadəyə verib
    openai-cat-botlar-magazasini-istifadeye-verib
    Avropa Komissiyası Microsoft ilə OpenAI arasındakı əməkdaşlıqla bağlı istintaqa start verib
    avropa-komissiyasi-microsoft-ile-openai-arasindaki-emekdasliqla-bagli-istintaqa-start-verib
    Volkswagen avtomobilləri ChatGPT dəstəyini əldə edəcəklər
    volkswagen-avtomobilleri-chatgpt-desteyini-elde-edecekler
    ChatGPT-ni səsli köməkçiyə çevirmək mümkün olacaq
    chatgpt-ni-sesli-komekciye-cevirmek-mumkun-olacaq