main-post-cover

    OpenAI növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verib

    Süni İntellekt
    29.05.2024
    Emil Nəcəfov
         OpenAI şirkəti GPT-4-ü əvəz edəcək növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verildiyini elan edib. Şirkət öz bloqunda bildirib ki, növbəti süni zəka modeli insan beyni bacarıqlarına sahib ola biləcək ümumi süni zəkanın (AGI) yaradılması yolunda daha üst səviyyəli imkanları əldə edəcək. Məlumatda qeyd edilib ki, yeni süni zəka modeli çat-botların, rəqəmsal köməkçilərin, axtarış sistemlərinin, foto tərtibatı üçün nəzərdə tutulmuş sistemlərin və süni zəka əsaslı digər tətbiqlərin imkanlarını genişləndirəcək. 2023-cü ilin mart ayında istifadəyə verilmiş GPT-4 adlı süni zəka modeli çat-botlara və digər tətbiqlərə suallara cavab vermək, məlumatları analiz etmək imkanını verir və üstəlik mətnlərlə yanaşı həmçinin fotolarla da çalışmaq özəlliyini sərgiləyir.
         Bir neçə müddət bundan öncə OpenAI şirkəti GPT-4o adlı yeni süni zəka modelini təqdim etdi. GPT-4o daha əvvəlki versiyalardan daha ağıllı və multimodaldır. Yəni, bu süni zəka modeli mətn və foto ilə yanaşı həmçinin audio fayllarla da çalışa bilir. GPT-4o-ya bənzər süni zəka modelləri səslər, fotolar, mətnlər, videolar, Wikipedia məqalələri, kitablar və xəbərlər də daxil olmaqla böyük həcmli rəqəmsal məlumatları analiz edərək müxtəlif bacarıqlara yiyələnirlər. Süni zəka modelinin təlimatlandırılması prosesi aylarla və hətta illərlə zaman ala bilər.
         Təlimatlandırma prosesi bitəndən sonra şirkət adətən onun test edilməsinə əlavə bir neçə ay vaxt sərf edir. Növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verildiyini elan etməklə yanaşı OpenAI şirkəti bildirib ki, o, süni zəka texnologiyalarının yaradılması ilə bağlı risklərin analizi üçün süni zəka təhlükəsizliyinin idarəsi komitəsini yaradıb. OpenAI bildirib ki, o, süni zəka modelinin təlimatlandırılması ilə məşğul olduğu bir vaxtda komitə süni zəka təhlükəsizliyi mövzusundakı siyasətin təkmilləşdirilməsi və bu mövzu ilə bağlı suallarla məşğul olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk, süni intellekt üçün xüsusi superkompüter quracaq!
    elon-mask-suni-intellekt-ucun-xususi-superkomputer-quracaq
    ChatGPT-nin proqramlaşdırma barəsindəki cavablarının 52%-i səhvdir
    chatgpt-nin-proqramlasdirma-baresindeki-cavablarinin-52-i-sehvdir
    OpenAI CEO-su: "İndiki süni zəka həlləri GPT-5-in yanında əlverişsiz qalacaqlar"
    openai-ceo-su-indiki-suni-zeka-helleri-gpt-5-in-yaninda-elverissiz-qalacaqlar
    Google-a görə, "pendiri pizzaya yapışdırmaq" üçün yapışqandan istifadə edə bilərsiniz!
    google-a-gore-pendiri-pizzaya-yapisdirmaq-ucun-yapisqandan-istifade-ede-bilersiniz
    Microsoft, səsinizi təqlid edərək zənglərə cavab verən süni intellekt üzərində işləyir!
    microsoft-sesinizi-teqlid-ederek-zenglere-cavab-veren-suni-intellekt-uzerinde-isleyir