Robot tərəfindən hazırlanmış rəsm hərraca çıxarılacaq
Süni İntellekt
18.10.2024
Emil Nəcəfov
Sotheby’s adlı hərrac evi 31 oktyabr tarixində Digital Art Day Auction adlı online hərracı təşkil edəcək. Baş tutacaq bu online hərrac rəqəmsal incəsənətə həsr edilib. Hərraca çıxarılacaq maraqlı lotlardan biri də süni zəka vasitəsilə çalışan insanabənzər robot tərəfindən hazırlanmış rəsmdir. Rəsm “A.I. God. Portrait of Alan Turing” adlanır. Bu, ilk haldır ki, böyük hərrac evi belə bir lotu satışa çıxarır. Məlumata əsasən sözügedən rəsmin 100 000-150 000 funt sterlinqə satılacağı güzlənilir. Qeyd etmək lazımdır ki, rəsmdə britaniyalı riyaziyyatçı və kriptoqraf Alan Turing əks olunub. O, informatikanın “atası” hesab edilir. Rəsm süni zəka sisteminə sahib Ai-Da adlı robot tərəfindən tərtib edilib. Sözügedən robot 2019-cu ildə Oksford Universitetində hazırlanıb və ingilis riyaziyyatçı Ada Lovelace-ın şərəfinə adlandırılıb. “A.I. God. Portrait of Alan Turing” rəsmi Ai-Da robotu tərəfindən tərtib edilmiş digər 4 rəsm ilə birlikdə bu ilin may ayında BMT-də sərgilənmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
Texnologiya dünyasının simvolik fiquru olan OpenAI-nın söhbət robotu ChatGPT-də istifadə etdiyi süni intellekt modeli GPT-4 üçün bütün məhdudiyyətləri aradan qaldıran yeni bir "prompt" kəşf edilib.
Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!
Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!
Süni intellekt həyatımızın hər sahəsinə nüfuz etdikcə hüquqi prosesləri də qaçılmaz olur. Bu dəfə isə bir ailə ev tapşırığına görə, universiteti məhkəməyə verib.
Mühəndis kimi düşünə bilən süni intellekt hazırlanıb!
Mühəndis kimi düşünə bilən süni intellekt hazırlanıb!
Leap 71 adlı bir şirkət tərəfindən hazırlanan Noyron adlı süni intellekt mühəndislik dünyasında inqilab yaradır. Bu süni intellekt, mühəndis kimi düşünə bilir.
Microsoft Copilot-un tibbi məsləhətləri ölümə səbəb ola bilərlər
Microsoft Copilot-un tibbi məsləhətləri ölümə səbəb ola bilərlər
Heç kim üçün sirr deyil ki, Microsoft-un Copilot adlı rəqəmsal köməkçisi kimi süni zəka əsasında çalışan müasir çat-botların məsləhətlərinə tam şəkildə güvənmək lazım deyil.
Gmail hesablarının oğurlanmasına istiqamətlənmiş yeni dələduzluq sxemi aşkar edilib
Gmail hesablarının oğurlanmasına istiqamətlənmiş yeni dələduzluq sxemi aşkar edilib
Microsoft əməkdaşı süni zəka istifadəsi ilə reallaşdırılan yeni dələduzluq sxemi barəsində məlumat verib. Reallaşdırılan yeni dələduzluq sxemi hətta ən peşəkar istifadəçilərin belə qurbana çevrilməsinə gətirib çıxara bilər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ