Siyasi deepfake-lər süni zəka sui-istifadəsinin ən məşhur istiqamətinə çevrilib
Süni İntellekt
27.06.2024
Emil Nəcəfov
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası tərəfindən aparılmış araşdırma sayəsində məlum olub ki, süni zəka ən çox kiberhücumların təşkilində deyil, deepfake-lərin yaradılmasında sui-istifadə edilir. Məlumata əsasən süni zəkanın sui-istifadə hallarının ən geniş yayılmış məqsədləri ictimai fikirin formalaşdırılması və mövcud ictimai fikirə təsir göstərməkdir. Belə ki, süni zəkanın sui-istifadəsi hallarının 27%-i məhz bu məqsədləri əhatə edir. Bu statistik göstəricilər 2024-ci il ərzində dünyanın bir çox ölkələrində baş tutacaq prezident seçkilərinə deepfake-lərin təsirləri mövzusunda mütəxəssislərdə narahatlıq yaradırlar.
Məlumata əsasən son aylar ərzində X (keçmiş Twitter), TikTok və Instagram kimi sosial şəbəkələrdə Böyük Britaniyanın baş naziri Rishi Sunak və digər dünya liderləri ilə bağlı deepfake-lər ortaya çıxıblar. Böyük Britaniyada seçkilər artıq gələn həftə baş tutacaq və belə bir narahatlıq var ki, sosial platformaların deepfake-lərin xüsusi olaraq işarələnmələri və silinmələri istiqamətində səylərinə baxmayaraq istifadəçilər onları fake kontent kimi təyin etməkdə çətinlik çəkəcəklər. Bu isə öz növbəsində seçicilərin yekun qərarlarına təsir göstərəcək.
Alan Türinq İnstitutunun elmi əməkdaşı Ardi Janjeva qeyd edib ki, süni zəka tərəfindən tərtib edilmiş kontentin yayılması bizim sosial-siyasi reallıq barəsində anlayışımızı təhrif edə bilər. Bu isə öz növbəsində demokratik proseslər üçün uzunmüddətli risklər deməkdir. ChatGPT və Gemini kimi generativ süni zəka sistemlərinin məşhurlaşması ilə süni zəka sahəsində fəaliyyət göstərən şirkətlər öz sistemləri tərəfindən tərtib edilən potensial zərərli və qeyri-etik kontentləri daha ciddi şəkildə analiz edirlər. Məsələn may ayında OpenAI şirkətinin təqdim etmiş olduğu hesabatda qeyd edilmişdi ki, onun süni zəka sistemləri Rusiya, Çin, İran və İsrail ilə bağlı dezinformasiyaların yaradılması və yayılmasında istifadə edilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İddialara görə Google, məşhurları və influencer-ləri süni intellektə çevirəcək çatbotlar hazırlamağı planlaşdırır!
İddialara görə Google, məşhurları və influencer-ləri süni intellektə çevirəcək çatbotlar hazırlamağı planlaşdırır!
Google, insanların nəinki sual verə biləcəyi, həm də birlikdə vaxt keçirə biləcəyi çatbotlar yaratmaq istəyir. Buna görə də Google, məşhurları süni intellektə çevirəcək çatbotlar hazırlamağı planlaşdırır.
ABŞ-da süni zəka adi işçiləri yavaş-yavaş sıxışdırıb çıxartmağa başlayıb
ABŞ-da süni zəka adi işçiləri yavaş-yavaş sıxışdırıb çıxartmağa başlayıb
ABŞ-ın böyük şirkətlərinin yarısından çoxu (61%) daha öncə insanların yerinə yetirmiş olduqları tapşırıqların avtomatlaşdırılması istiqamətində gələn il süni zəka sistemlərinin inteqrasiyasını planlaşdırır.
Nvidia DLSS, gələcəkdə generativ süni intellektdən istifadə edəcək!
Nvidia DLSS, gələcəkdə generativ süni intellektdən istifadə edəcək!
Nvidia-nın DLSS texnologiyasının oyunlara təsiri getdikcə artacaq. Baş direktor Jensen Huang-ın sözlərinə görə, DLSS gələcəkdə sıfırdan oyundaxili teksturalar, personajlar və obyektlər yarada biləcək.
Hakerlər və dələduzlar süni zəkadan daha aktiv şəkildə istifadə etməyə başlayıblar
Hakerlər və dələduzlar süni zəkadan daha aktiv şəkildə istifadə etməyə başlayıblar
Aparılmış yeni tədqiqata əsasən hakerlər və dələduzlar kibercinayətlərin yerinə yetirilməsi və təhlükəsizlik sistemlərindən yan keçmək məsələlərində süni zəka texnologiyalarından daha çox istifadə etməyə başlayıblar.
GPT-5, fəlsəfə doktoru səviyyəsində zəkaya sahib olacaq!
GPT-5, fəlsəfə doktoru səviyyəsində zəkaya sahib olacaq!
OpenAI, ChatGPT-nin növbəti əsas təkamülü olan GPT-5 üzərində işləyir və bu yeni modelin intellekti, PhD (fəlsəfə doktoru) səviyyəsinə çatacaq. OpenAI-nin Baş Texnologiya Direktoru Mira Murati, Dartmouth Engineering-ə verdiyi müsahibədə GPT-5-in imkanları haqqında mühüm açıqlamalar verib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!