Süni intellekt artıq Google-da axtarış nəticələrini cavablayacaq!
Süni İntellekt
23.04.2024
Farid Pardashunas
Google bir müddətdir ki, axtarış sistemini süni intellektə əsaslanan xüsusiyyətlərlə gücləndirmək üzərində işləyir. SGE (Search Generative Experience) adlı xüsusiyyət ilə şirkət istifadəçilərə axtarış sorğularına sürətli və aydın cavablar verən süni intellekt xülasələri təklif edəcək.
Bu yaxınlarda şirkət, ABŞ-dakı sınaqlardan sonra süni intellekt xülasələrini Google Axtarış-ın müntəzəm nəticələrinə inteqrasiya etmək üçün qlobal miqyasda sınaqlara başlayıb. Bu yeni funksionallıq kiçik məlumat qutuları şəklində konkret şəxslər, yerlər və ya təşkilatlar haqqında verilən sualların cavablarını özündə ehtiva edir. Əlavə olaraq, bu AI xülasələrinin hazırda yalnız mobil proqramda göründüyü bildirilir. Hazırda sınaq mərhələsində olan bu xüsusiyyət Google-un axtarış sistemini daha istifadəçi dostu və daha sürətli etmək üçün göstərdiyi səylərin əksi kimi qiymətləndirilir.
SEO mütəxəssisi Brodie Clark bildirir ki, o, VPN-dən istifadə etməklə həm öz ölkəsində, həm də Böyük Britaniya, ABŞ və Hindistan kimi ölkələrdə süni intellekt tərəfindən yaradılan cavabları alır. Google bu xüsusiyyəti təklif edərkən, uzun yükləmə müddətlərinin qarşısını almaq üçün cavabları əvvəlcədən hazırlayır və onları keşdə saxlayır. Buna görə də, süni intellekt xülasələri əlavə gözləmə vaxtı olmadan tez bir zamanda istifadəçilərə təqdim edə bilir. Bununla belə, bu xüsusiyyətə qarşı bəzi tənqidlər də mövcuddur. Belə ki, süni intellekt qutularındakı mənbələrdə çox vaxt yalnız ən populyar mənbələrin adları göstərilir (adətən Wikipedia). Digər az tanınan, lakin etibarlı mənbələr isə əlavə kliklər tələb edə bilir. Bundan əlavə, bu süni intellektə əsaslanan xülasələrdə “AI-Overviews are experimental” (Süni İntellekt Xülasələri Ekperimentaldır) ifadəsi kiçik və gözəgörünməz şəkildə göstərilir. Test mərhələsində olan bu xüsusiyyət üçün belə kiçik bir xəbərdarlıq istifadəçilərin eksperimental xüsusiyyətlərdən xəbərdar olmasını çətinləşdirə bilər.
Google-un bu süni intellektlə dəstəklənən xüsusiyyətini qlobal miqyasda nə vaxt təqdim edəcəyi hələlik məlum deyil. Lakin bütün dünyada aparılan sınaqlar göstərir ki, süni intellekt informasiya qutuları tezliklə Google Axtarış-ın standart funksiyasına çevriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple özünün böyük dil modeli üzərində çalışır
Apple özünün böyük dil modeli üzərində çalışır
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple şirkəti aktiv şəkildə özünün böyük dil modeli (Large Language Model / LLM) üzərində çalışır.
Google Pixel 9 Pro-nun real fotoları təqdim edilib
Google Pixel 9 Pro-nun real fotoları təqdim edilib
Son məlumatlara əsasən Google Pixel 9 smartfon seriyasına 3 model daxil olacaq. Pixel 9, Pixel 9 Pro və Pixel 9 Pro XL.
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!
Samsung markasının "Galaxy S24" seriyası ilə təqdim etdiyi "Galaxy AI" süni intellektinin bir bənzər forması da Xiaomi tərəfindən hazırlanır.
Pixel Buds Pro 2 naqilsiz qulaqlığı sertifikatlaşdırmadan keçib
Pixel Buds Pro 2 naqilsiz qulaqlığı sertifikatlaşdırmadan keçib
Google şirkəti bu il Pixel Buds Pro 2 naqilsiz qulaqlığını təqdim etməlidir.
Microsoft fotoları canalndıra bilən yeni süni zəka modelini təqdim edib
Microsoft fotoları canalndıra bilən yeni süni zəka modelini təqdim edib
Microsoft şirkəti VASA-1 adlı yeni süni zəka modelini təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!