main-post-cover

    Süni intellekt texnologiyası, EURO 2024-ü simulyasiya edib!

    Süni İntellekt
    14.06.2024
    Farid Pardashunas

         İdman texnologiyaları şirkəti Sportradar tərəfindən idarə olunan bir sıra süni intellektlə işləyən məlumat simulyasiyalarına görə, İngiltərə 14 iyulda UEFA Euro 2024-də qalib gəlmə ehtimalı yüksək olan komandadır.

         Sportradar-ın süni intellekt texnologiyası, UEFA EURO 2024 turnirində 51 oyunun hər biri üçün 10.000 hərtərəfli simulyasiya həyata keçirib. Bu simulyasiyalar arasında İngiltərə süni intellekt ehtimal modelinə görə 24% ehtimalla Fransa və Almaniyanı məğlub edərək 2400 fərqli vəziyyətdə qalib olub.
         Bu, Gareth Southgate-in komandasının çempionluq titulunu alma şansının əhəmiyyətli olduğunu göstərir. 900 idman mərc operatorunun qlobal şəbəkəsindənmərc təxminlərdən yararlanan Sportradar, süni intellektlə işləyən alqoritminə on minlərlə məlumat nöqtəsini daxil edib.
         Bu, tarixi məlumatların dərin təhlilini asanlaşdırıb və builki turnirin reqlamenti çərçivəsində gələcək ssenariləri proqnozlaşdırmağa imkan verib. Bundan əlavə, süni intellekt simulyasiyası müəyyən edib ki, fransız oyunçu Kylian MbappeQızıl buts qazanma ehtimalı yüksək olan oyunçudur. Belə ki, fransız oyunçu, 10.000 simulyasiyadan 1519-da ən çox qol atan oyunçu olub. 2-ci yerdə isə 1477 dəfə seçilən ingilis oyunçu Harry Kane yer alıb. Siyahıda növbəti yerləri britaniyalı oyunçular Jude Bellingham və Phil Foden tutur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Fotoların tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion 3 Medium süni zəka sistemi təqdim edilib
    fotolarin-tertibati-ucun-nezerde-tutulmus-stable-diffusion-3-medium-suni-zeka-sistemi-teqdim-edilib
    Çəkdiyi fotoşəkilləri dərhal süni intellekt şəklinə çevirən kamera hazırlanıb! (VİDEO)
    cekdiyi-fotosekilleri-derhal-suni-intellekt-sekline-ceviren-kamera-hazirlanib-video
    Sony Pictures film və serialların hazırlanmasında süni zəkadan istifadə edəcək
    sony-pictures-film-ve-seriallarin-hazirlanmasinda-suni-zekadan-istifade-edecek
    ChatGPT müxtəlif səsləri imitasiya etməyi öyrənib (VİDEO)
    chatgpt-muxtelif-sesleri-imitasiya-etmeyi-oyrenib-video
    Keçmiş OpenAI əməkdaşları şirkətin fəaliyyətini insanlıq üçün təhlükəli hesab edirlər
    kecmis-openai-emekdaslari-sirketin-fealiyyetini-insanliq-ucun-tehlukeli-hesab-edirler