main-post-cover

    Süni zəkanın insanları məhv etmə riski 5% təşkil edir

    Süni İntellekt
    08.01.2024
    Emil Nəcəfov
         Süni zəka sahəsində fəaliyyət göstərən aparıcı mütəxəssislər arasında keçirilmiş sorğuya əsasən süni zəkanın insan idarəsi altından çıxaraq bizləri məhv etmə riski 5% təşkil edir. Aparılmış sorğuda süni zəka üzrə 2778 nəfər mütəxəssis iştirak edib. Bu hal-hazırda sözügedən mövzu ətrafında aparılmış ən böyük araşdırmadır. Sorğuda iştirak etmiş şəxslərin çoxu əmindir ki, gələcəkdə süni zəka güclü inkişafa sahib olacaq. Məsələn 2030-cu ilə qədər süni zəka artıq musiqi bəstələməyi və bestseller ola biləcək kitablar yazmağı bacaracaq. Sorğu iştirakçılarının 68%-i düşünür ki, üst zəkaya sahib süni zəka insanlara zərərdən çox fayda gətirəcək. Bununla belə onların yarısı insanların süni zəka tərəfindən məhv edilə biləcəyinin kiçik ehtimalını istisna etmir.
         Bütün mütəxəssislər süni zəka tərəfindən ola biləcək təhlükələri və risklərin minimuma endirilməsi üçün lazımi tədqiqatların aparılması vacibliyini dərk edirlər. Lakin süni zəkanın inkişaf sürəti mövzusunda mütəxəssislərin fikirləri fərqlidir. Sorğuda iştirak etmişlərin 80%-i süni zəkanın fake məlumatların yayılmasında, insanların idarə olunmasında, insanlar arasında bərabərsizliyin daha da pis vəziyyətə düşməsində istifadə edilməsindən narahatdır. Mütəxəssislər güman edirlər ki, 2033-cü ilə kimi süni zəka LEGO fiqurlarını yığa və kompüter oyunlarını yarada biləcək. 2063-cü ilə qədər isə o, cərrah və alimlərin işlərini yerinə yetirmə imkanına sahib ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəka son 60 ildə ilk dəfə effektiv antibiotik yaradıb
    suni-zeka-son-60-ilde-ilk-defe-effektiv-antibiotik-yaradib
    Çat-botları məhdudiyyətlərdən azad edən süni zəka sistemi yaradılıb
    cat-botlari-mehdudiyyetlerden-azad-eden-suni-zeka-sistemi-yaradilib
    ChatGPT kimi çat-botlarla özəl konfidensial məlumatların bölüşülməsi məsləhət görülmür
    chatgpt-kimi-cat-botlarla-ozel-konfidensial-melumatlarin-bolusulmesi-meslehet-gorulmur
    ChatGPT istifadəçiləri OpenAI məhsullarında daha çox nələri istəyirlər?
    chatgpt-istifadecileri-openai-mehsullarinda-daha-cox-neleri-isteyirler
    Böyük dil modelləri konspiroloji nəzəriyyələri və dezinformasiyanın digər formalarını təkrarlayırlar
    boyuk-dil-modelleri-konspiroloji-nezeriyyeleri-ve-dezinformasiyanin-diger-formalarini-tekrarlayirlar