Tədqiqatçılar: Süni zəka proqramlaşdırmada effektiv deyil
Süni İntellekt
04.10.2024
Emil Nəcəfov
Uplevel adlı şirkətin analitikləri tərəfindən aparılmış tədqiqata əsasən proqram təminatı kodunun yazılması prosesində süni zəkadan istifadə effektiv vasitə deyilmiş. Şirkət analitikləri tərəfindən aparılmış tədqiqat iki 3 aylıq dövrü əhatə edib və bu tədqiqatda 800 nəfər tərtibatçı iştirak edib. Birinci 3 ay ərzində tərtibatçılar proqram təminatı kodunun yazılması üçün ənənəvi alətlərdən istifadə ediblər. İkinci 3 ay ərzində isə onlar proqram təminatı kodunun yazılmasında yardımçı olan süni zəka əsaslı GitHub Copilot sistemindən istifadə ediblər.
Məlum olub ki, tərtibatçıların GitHub Copilot-un istifadəsi ilə yazmış olduqlartı proqram təminatı kodunda səhvlər 41% artıb. Tərtibatçılar bildiriblər ki, süni zəka tərəfindən tərtib edilən kodları səhvlərin aşkar edilməsi baxımından analiz etmək olduqca qəlizdir. Buna görə də ən sadə üsul proqram təminatı kodunu fərdi şəkildə yazmaqdır. Mütəxəssislərdən birinin sözlərinə əsasən süni zəka tərəfindən tərtib edilən kodları anlamaq və onlarda düzəliş etmək sözün əsl mənasında çətindir. Digər tərəfdən mütəxəssislər qeyd ediblər ki, Copilot kimi sistemlər tərtibatçıların performans göstəricilərini yüksəldə bilirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT, beyin şişlərinin diaqnostikasında radioloqları geridə qoyur!
ChatGPT, beyin şişlərinin diaqnostikasında radioloqları geridə qoyur!
Süni intellekt modeli ChatGPT, beyin şişlərinin diaqnozunda radioloqlardan daha yaxşı nəticələr verərək ümid vəd edir. Tədqiqatçılar dəqiqlik səviyyəsini artıraraq həkimlərin iş yükünü yüngülləşdirməyi hədəfləyirlər.
Süni intellekt, öz yaradıcısının kompüterini çökdürüb!
Süni intellekt, öz yaradıcısının kompüterini çökdürüb!
Redwood Research qeyri-kommersiya təşkilatının CEO-su Buck Shlegeris, bir süni intellekt (YZ) agenti ilə bağlı gözlənilməz hadisədən böyük bir dərs alıb. İnkişaf etdirdiyi süni intellekt modeli, SSH bağlantısı qurmaq əvəzinə daha çox addım ataraq öz CEO-sunun kompüterini işləməz hala salıb.
Süni zəka səs vasitəsilə şəkərli diabeti təyin etməyi öyrənib
Süni zəka səs vasitəsilə şəkərli diabeti təyin etməyi öyrənib
Lüksemburq Universitetinin alimləri ikinci tip şəkərli diabet xəstəliyinin yeni təyini üsulunu təklif ediblər.
Britaniya polisi cinayətlərin üstünü açmaq üçün süni zəkadan istifadə etməyə başlayıb
Britaniya polisi cinayətlərin üstünü açmaq üçün süni zəkadan istifadə etməyə başlayıb
Zaman keçdikcə süni zəka daha çox sahədə tətbiq olunmağa başlayır. Süni zəkanın potensial imkanlarını Britaniya polisləri də sərgiləyirlər.
İngiltərədə ilk "müəllimsiz" süni intellekt sinfi açılıb! (VİDEO)
İngiltərədə ilk "müəllimsiz" süni intellekt sinfi açılıb! (VİDEO)
David Game College, Londonda tələbələrin fərdi ehtiyaclarına uyğunlaşdırılmış təhsil təklif edən süni intellektlə işləyən müəllimsiz sinif otağı açıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ