main-post-cover

    OpenAI şirkəti yeni investisiyalar cəlb etməyə hazırlaşır

    Tech-Biznes
    29.08.2024
    Emil Nəcəfov
         OpenAI şirkəti generativ süni zəka sahəsinə təsir gücünü aşağı salmaq niyyətində deyil. Bunun üçün şirkət yeni investisiyaları cəlb etməyi planlaşdırır. Şirkətin bu mövzuda istəkləri də kiçik deyil. Belə ki, şirkət bir neçə milyard dollar investisiya cəlb etməyi planlaşdırır. The Wall Street Journal-ın vermiş olduğu məlumata əsasən növbəti investisiya raundu çərçivəsində OpenAI şirkətinin bazar dəyəri 100 milyard dollara yüksələ bilər. Məlumatda qeyd edilib ki, şirkətə yeni investisiyaları Thrive Capital adlı vençur fondu və Microsoft şirkəti yatıracaqlar.
         Thrive Capital öz növbəsində şirkətə 1 milyard dollar investisiya yatıracaq. Microsoft tərəfindən olacaq investisiyanın həcmi isə bilinmir. Qeyd etmək lazımdır ki, 2023-cü ilin yanvar ayında Microsoft artıq OpenAI şirkətinə 10 milyard dollar investisiya yatırmışdı. Şirkətin bazar dəyərinin sonuncu dəfə qiymətləndirilməsi keçən ilin sonunda baş vermişdi. Həmin vaxtda OpenAI işçiləri sahib olmuş olduqları şirkət səhmlərini digər investorlara satmışdılar.
         Nəticədə şirkətin bazar dəyəri 86 milyard dollara yüksəlmişdi. Thrive Capital adlı vençur fonduna gəldikdə isə o, keçən ildən indiyənə kimi şirkətə artıq bir neçə yüz milyon dollar investisiya yatırıb. Yeni investisiya raundunda daha kimlərin iştirak edəcəkləri hələ bilinmir. OpenAI əldə edəcəyi investisiyaları öz inkişafına istiqamətləndirəcək. Məlumata əsasən GPT-4 adlı süni zəka modelinin hazırlanmasına şirkət 100 milyon dollar vəsait sərf edib. İndi isə şirkət növbəti süni zəka modelinin hazırlanması ilə məşğuldur və onun xərcləri 100 milyon dollardan daha böyük ola bilər.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI ChatGPT üçün yeni süni zəka sistemini hazırlayır
    openai-chatgpt-ucun-yeni-suni-zeka-sistemini-hazirlayir
    OpenAI, GPT-4o-nun insanları özünə aşiq etdirməsilə bağlı narahatdır!
    openai-gpt-4o-nun-insanlari-ozune-asiq-etdirmesile-bagli-narahatdir
    Artıq ChatGPT abunəliyi olmayan istifadəçilər də şəkillər yarada bilərlər!
    artiq-chatgpt-abuneliyi-olmayan-istifadeciler-de-sekiller-yarada-bilerler
    ChatGPT-nin mobil tətbiqi yeni gəlir rekorduna imza atıb
    chatgpt-nin-mobil-tetbiqi-yeni-gelir-rekorduna-imza-atib
    OpenAI-nin CEO-su Sam Altman, X hesabında şifrəli paylaşım edib!
    openai-nin-ceo-su-sam-altman-x-hesabinda-sifreli-paylasim-edib