Satılacağı təqdirdə TikTok-un qiyməti 100 milyard dollar təşkil edə bilər
Tech-Biznes
22.05.2024
Emil Nəcəfov
Bir neçə müddət bundan öncə ABŞ prezidenti Joe Biden tərəfindən imzalanmış qanun layihəsinə əsasən ByteDance şirkətinin TikTok-u satmayacağı təqdirdə bu məşhur sosial platforma ABŞ regionunda bloklanacaq. Digər tərəfdən TikTok-un Avropa regionunda da bloklanma riski mövcuddur. Lakin ByteDance şirkətinin TikTok-u satmaq qərarını verəcəyi halda bu cür müqavilənin qiyməti TikTok alqoritminin satılması xaric 100 milyard dollar təşkil edə bilər. Qeyd etmək lazımdır ki, Joe Biden tərəfindən imzalanmış qanun layihəsində qeyd edilib ki, ByteDance şirkəti TikTok-u 2025-ci ilin yanvar ayına kimi ABŞ-ın yerli şirkətinə və ya investorlardan təşkil edilmiş qrupuna satmalıdır. ABŞ Ədliyyə Departamenti TikTok-un ABŞ regionunda bloklanması əvəzinə satılması variantına üstünlük verir.
Belə ki, bu halda amerikalı istifadəçilər platformadan istifadə etməyə davam edə biləcəklər. ByteDance öz növbəsində bu qanun layihəsini konstitusiyaya zidd hesab edərək ABŞ məhkəməsinə müraciət edib. Şirkət Joe Biden tərəfindən imzalanmış qanun layihəsinin ləğv edilməsini və TikTok-un ABŞ regionunda fəaliyyətinin davam etdirilməsini istəyir. Əgər məhkəmə nəticə etibarilə ByteDance şirkətinin lehinə qərar verməsə, şirkət qarşısında iki variant qalacaq. O ya TikTok-u satmalı ya da onu ABŞ regionunda bağlamalı olacaq. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, TikTok-un ABŞ regionunda satılması əvəzinə bağlanması variantı halında ByteDance şirkəti elə də böyük bir şey itirməyəcək. Belə ki, TikTok şirkətin bütün servisləri sayəsində əldə etdiyi ümumi gəlirin yalnız kiçik bir hissəsini əhatə edir.
Eyni hal həmçinin şirkətin bütün servislərinin ümumi istifadəçi kütləsinə də aiddir. Digər tərəfdən əgər ByteDance şirkəti öz məşhur platformasını satmaq qərarına gəlsə, xəbərin də əvvəlində qeyd edildiyi kimi bu cür müqavilənin dəyəri 100 milyar dollar təşkil edə bilər. Hətta bunun baş verə biləcəyi ehtimalda belə şirkət TikTok-un böyük məşhurluq qazanmasında əsas rolu oynamış alqoritmi satış müqaviləsinə böyük ehtimalla daxil etməyəcək. Qeyd etmək lazımdır ki, söhbət, istifadəçiyə hansı videoların maraqlı ola biləcəyini təyin edə bilən alqoritmdən gedir. Bəzi məlumatlara əsasən alqoritmin TikTok-un satışı ilə bağlı ola biləcək istənilən müqaviləyə daxil edilməsinə qadağanı məhz Çin hökuməti qoyub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kanada kəşfiyyatı TikTok haqqında xəbərdarlıq edib!
Kanada kəşfiyyatı TikTok haqqında xəbərdarlıq edib!
Çin kəşfiyyatının Kanadadakı istifadəçi məlumatlarına daxil olduğu iddiası ilə Kanada kəşfiyyatı ictimaiyyəti TikTok-dan istifadə etməməyə çağırır.
TikTok 1 saatlıq videoların yüklənməsi imkanını test etməyə başlayıb
TikTok 1 saatlıq videoların yüklənməsi imkanını test etməyə başlayıb
TikTok 60 dəqiqəlik videoların yüklənməsi imkanının test edilməsinə start verildiyini elan edib.
TikTok ABŞ hökumətini məhkəməyə verib
TikTok ABŞ hökumətini məhkəməyə verib
Bloomberg saytının vermiş olduğu məlumata əsasən TikTok ABŞ hökumətini məhkəməyə verib. Bu, ByteDance şirkətini TikTok-u satmağa məcbur etmək üçün nəzərdə tutulmuş yeni qanun layihəsi ilə bağlıdır.
TikTok-un ABŞ-da bloklanması qlobal internetin parçalanma prosesini sürətləndirə bilər
TikTok-un ABŞ-da bloklanması qlobal internetin parçalanma prosesini sürətləndirə bilər
Dünya güclərinin qarşıdurmaları fonunda mütəxəssislər qlobal internetin parçalanmasına və ayrı-ayrı ölkələrin rəqəmsal izolyasiyasına dair narahatedici tendensiyanı müşahidə edirlər.
TikTok əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar
TikTok əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar
ABŞ hökumətinin TikTok-a qarşı olan təzyiqinin fonunda bu məşhur sosial platformanın əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ