main-post-cover

    SpaceX dünyanın ikinci ən bahalı özəl şirkəti ola bilər

    Tech-Biznes
    28.06.2024
    Emil Nəcəfov
          Kosmik uçuşlar sahəsində heç də az olmayan sayda nailiyyətlər əldə etmiş SpaceX şirkəti özəl şirkət olaraq qalır. Buna görə də onun maliyyə göstəriciləri nadir hallarda ictimaiyyətlə bölüşülür. Bununla belə şirkətin səhmlərinin bir hissəsinin satışı üzrə hazırlanan müqavilə SpaceX-in bazar dəyərini 210 milyard dollara yüksəldə bilər. Bu barədə məlumatı Bloomberg saytı verib.
         Mövcud məlumata əsasən SpaceX öz səhmlərinin bir hissəsinin satışı istiqamətində yeni müqavilə hazırlayır və hazırlanan müqavilə çərçivəsində şirkətin bir səhminin 112$ qiymətində satılması nəzərdə tutulub. Bu isə onun bazar dəyərinin 210 milyard dollara yüksəlməsinə səbəb olacaq. Qeyd etmək lazımdır ki, dekabr ayında şirkətin bazar dəyəri 180 milyard dollar həcmində qiymətləndirilmişdi. 210 milyard dollarlıq bazar dəyəri sayəsində SpaceX dünyanın ən bahalı ikinci özəl şirkəti olacaq. Bu reytinqdə birinci yeri TikTok-un sahibi ByteDance şirkəti tutur. Belə ki, onun bazar dəyəri 268 milyard dollar təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    SpaceX şirkəti Beynəlxalq Kosmik Stansiyanın istismardan çıxarılması ilə məşğul olacaq
    spacex-sirketi-beynelxalq-kosmik-stansiyanin-istismardan-cixarilmasi-ile-mesgul-olacaq
    SpaceX Starship-in Mars səthinə nə zaman eniş edəcəyini açıqlayıb
    spacex-starship-in-mars-sethine-ne-zaman-enis-edeceyini-aciqlayib
    Elon Musk-ın Starlink peykləri, ozon təbəqəsini məhv edə bilər!
    elon-musk-in-starlink-peykleri-ozon-tebeqesini-mehv-ede-biler
    Elon Musk, Tesla Roadster-in uça biləcəyini iddia edib!
    elon-musk-tesla-roadster-in-uca-bileceyini-iddia-edib
    Elon Musk-ın bir SpaceX işçisi ilə cinsi əlaqədə olduğu ortaya çıxıb!
    elon-musk-in-bir-spacex-iscisi-ile-cinsi-elaqede-oldugu-ortaya-cixib