Telegram Cənubi Koreya hökumətindən üzr istəyib
Tech-Biznes
04.09.2024
Emil Nəcəfov
Dünən xəbər ortaya çıxdı ki, Cənubi Koreya-da Telegram ilə bağlı istintaqa start verilib. Səbəb isə messencerin koreyalı qadınların iştirakı ilə pornoqrafik məzmunlu deepfake-lərin yayılmasında şübhəli bilinməsindədir. İndi isə Cənubi Koreyanın telekommunikasiya sahəsindəki standartlar komissiyası xəbər verib ki, Telegram administrasiyası idarənin tələblərini qəbul edərək öz platformasından pornoqrafik məzmunlu deepfake kontentləri silib.
Bundan əlavə olaraq Telegram rəsmiləri bu mövzuya sürətlə reaksiya vermədikləri üçün üzr istəyib və gələcəkdəki əməkdaşlığa hazır olduqlarını bildiriblər. Qeyd etmək lazımdır ki, Cənubi Koreyada Telegram-la bağlı istintaqa bu mövzu ətrafında messencer barəsində olmuş çoxlu sayda şikayətlərdən sonra start verilib. Nəticədə Telegram-ın Şərqi Asiya regionu üzrə təmsilçisi Cənubi Koreyanın telekommunikasiya sahəsindəki standartlar komissiyasına rəsmi məktub göndərib. Göndərilmiş rəsmi məktubda qeyd edilib ki, Telegram öz platformasından pornoqrafik məzmun xarakterli 25 ədəd kontenti silib. Məhz həmin kontentlər səbəbilə Cənubi Koreyanın Milli Polis İdarəsi Telegram ilə bağlı istintaqa start verib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Cənubi Koreyada Telegram ilə bağlı istintaqa start verilib
Cənubi Koreyada Telegram ilə bağlı istintaqa start verilib
Cənubi Koreya polisi Telegram barəsində istintaqa start verib. Belə ki, messencer koreyalı qadınların iştirakı ilə pornoqrafik məzmunlu deepfake-lərin yayılmasında şübhəli bilinir.
Avropa Birliyi Telegram-a qarşı istintaqa start verib
Avropa Birliyi Telegram-a qarşı istintaqa start verib
Avropa Birliyinin şübhələrinə əsasən Telegram kontentin moderasiyası ilə bağlı daha sərt qaydalardan yan keçmək üçün öz istifadəçi kütləsinin sayını bilərəkdən aşağı səviyyədə göstərib.
Pavel Durov 5 milyon avroluq girov qarşılığında sərbəst buraxılıb
Pavel Durov 5 milyon avroluq girov qarşılığında sərbəst buraxılıb
Dünən gecə Fransa məhkəməsi Pavel Durov-a qarşı ittihamlar qaldırdı və onun məhkəmə nəzarəti altında saxlanması qərarını verdi.
Pavel Durov həbsdən azad edilib
Pavel Durov həbsdən azad edilib
Fransa məhkəməsi Pavel Durov-u həbsdən azad edib. Lakin bu, onun ifadəsinin alınması və nəticədə ona qarşı ittihamın qaldırılıb-qaldırılmaması qərarının verilməsi üçün edilib
Telegram Fransada sosial şəbəkə kateqoriyası üzrə ən çox yüklənən tətbiq olub
Telegram Fransada sosial şəbəkə kateqoriyası üzrə ən çox yüklənən tətbiq olub
Tətbiqin yüklənmə sayı hal-hazırda yüksəlməyə davam edir. Pavel Durov-un Fransada saxlanılması hadisəsi messencerin məşhurluğuna və reytinqinə müsbət təsir göstərir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ