Alimlərin fikrincə, Marsın itirilmiş atmosferi əslində gözlərimizin önündə gizlənmiş ola bilər!
Elm & Texnologiya
27.09.2024
Farid Pardashunas
Milyardlarla il əvvəl Mars, axan suyu və qalın atmosferi olan canlı bir planet idi. Bəs bu atmosfer hara getdi? Alimlərin fikrincə, bunların hamısı Marsın gillə örtülmüş qabığında gizlənir.
NASA-nın Mars roverləri Perseverance və Curiosity, Marsda bol miqdarda su olduğuna dair sübutlar aşkar ediblər. Lakin Marsda maye halında suyun mövcud ola bilməsi üçün bu suyun donmasını əngəlləyəcək bir atmosferin də olması lazım idi. Onilliklər boyu hamını maraqlandıran sual isə bu idi: Əgər bu atmosfer yox olubsa, bəs hara gedib? Bu suala Massachusetts Texnologiya İnstitutunun Yer, Atmosfer və Planet Elmləri Bölməsində (MIT EAPS) fəaliyyət göstərən 2 geoloq cavab vermiş ola bilər. Qrupun dərc etdiyi araşdırmaya görə, itmiş atmosfer Marsın gillə örtülmüş qabığında yerləşir. Maraqlısı isə odur ki, araşdırma Mars gillərinin planetin ilk atmosferinin 80%-nə qədərini saxlaya biləcəyini təxmin edir.
Qrup üzvü və geologiya professoru Oliver Jagoutz deyir: "Dünyadakı tapıntılarımıza əsaslanaraq göstəririk ki, Marsda da oxşar proseslər baş verib və bol miqdarda atmosferik karbon qazı metana çevrilərək gil təbəqələrində saxlanıla bilər. Bu metan hələ də mövcud ola bilər və bəlkə də gələcəkdə Marsda enerji mənbəyi kimi istifadə oluna bilər". Yeni araşdırmada tədqiqatçılar, planetin ilk illərində qayalar və qazlar arasında mürəkkəb kimyəvi reaksiyanın baş verdiyini irəli sürürlər. Onlar Marsdakı suyun müəyyən qayalarla qarşılıqlı təsir göstərərək mərhələli reaksiyaları işə saldığını və bunun atmosferdəki karbon qazını tədricən tükədərək metana (bir növ karbon) çevirdiyini və saxladığını iddia edirlər.
Tədqiqatçılar bu məqsədlə karbonu tutan gil minerallarından biri olan smektit üzərində işləyiblər. Onlar Dünyadakı smektitin tektonik fəaliyyət nəticəsində əmələ gəldiyini və karbon qazını udduğunu tapıblar. Yəni milyonlarla ildir smektit Dünyanın soyumasına kömək edib. Alimlər Marsın da smektit gili ilə örtülü olduğunu aşkar edəndə, bunun Marsın atmosferinə də oxşar təsir göstərib-göstərməyəcəyini düşünüblər. Mars, Yerlə eyni tektonik fəaliyyətə malik olmadığından, komanda Marsda gillərin necə yarana biləcəyini anlamağa çalışıb. Mətbuat açıqlamasına görə, ölçmələr müəyyən səth bölgələrinin ultramafik maqmatik süxurlardan ibarət olduğunu ortaya qoyur. Yer üzündə bu maqmatik süxurların su ilə eroziyaya uğradıqda və ya “parçalandıqda” smektitlər əmələ gətirdiyi məlumdur.
Qrup bu məlumatları model vasitəsilə Marsa uyğunlaşdırıb. Bu modeldən istifadə edən elm adamları, 1 milyard il ərzində suyun yer qabığından sızdığını və "olivin" adlanan maqnezium-dəmir silikat mineralı ilə reaksiyaya girə biləcəyini aşkar ediblər. Dəmir baxımından çox zəngin olan bu mineralın su ilə reaksiyası nəticəsində hidrogenin sərbəst buraxılmış ola biləcəyi düşünülür. Oksigen isə dəmirlə oksidləşərək Marsa özünəməxsus qırmızı rəngini verməyə kömək etmiş ola bilər. Daha sonra, sərbəst buraxılan hidrogen sudakı karbon qazı ilə birləşərək metan əmələ gətirə bilər və bu reaksiya olivini yavaş-yavaş “serpantin” adlanan dəmir baxımından zəngin başqa bir qayaya çevirmiş ola bilər. Serpantin su ilə reaksiyaya davam etdikcə, nəticədə smektitlər əmələ gəlmiş ola bilər. Tədqiqatçılar müəyyən ediblər ki, 1100 metr dərinlikdə smektit gil təbəqəsi Mars atmosferindən karbon qazının böyük hissəsini çıxarmaq üçün lazım olan metan miqdarını saxlaya bilər.
Linki kopyala
perseverance rover
elmi xeber
space news
mars atmosphere
elmi xeberler
curiosity
mars
mars planet
mars planeti
curiosity rover
nasa
cosmic news
perseverance
Bənzər xəbərlər
Oxşar xəbərlər
İnsan beyni neçə GB yaddaşa malikdir?
İnsan beyni neçə GB yaddaşa malikdir?
Beynimizdə lazımlı-lazımsız çoxlu məlumatın saxlandığını bilirik. Bəs heç beynimizin neçə GB yaddaşa malik olduğunu düşünmüsünüzmü?
James Webb Kosmik Teleskopu, yüngül kütləyə və əyri quruluşa malik yeni ekzoplanet kəşf edib!
James Webb Kosmik Teleskopu, yüngül kütləyə və əyri quruluşa malik yeni ekzoplanet kəşf edib!
James Webb Kosmik Teleskopu, son dərəcə nadir xüsusiyyətlərə malik planet kəşf edib.
Alimlərin açıqlamasına görə, kosmos insan ürəyinin sürətlə yaşlanmasına səbəb olur!
Alimlərin açıqlamasına görə, kosmos insan ürəyinin sürətlə yaşlanmasına səbəb olur!
İnsan ürəyi kosmosda yalnız 1 ay qaldıqdan sonra yaşlanma əlamətləri göstərir. Tədqiqatçılar xüsusi hazırlanmış ürək toxumasını Beynəlxalq Kosmik Stansiyaya göndərərək onun necə fəaliyyət göstərdiyini ölçüblər.
Perseverance kəşfiyyat aparatı Marsda "zebra qayası" kəşf edib!
Perseverance kəşfiyyat aparatı Marsda "zebra qayası" kəşf edib!
NASA-nın Perseverance kəşfiyyat aparatı Marsda indiyə qədər heç vaxt görülməmiş unikal zolaqlı qaya aşkar edib. Zebra qayası adlanan yeni kəşfin dəqiq kimyəvi tərkibi hələlik məlum deyil.
Yaxın gələcəkdə insanlar, özlərini qripə qarşı iynəsiz şəkildə peyvənd edə biləcəklər!
Yaxın gələcəkdə insanlar, özlərini qripə qarşı iynəsiz şəkildə peyvənd edə biləcəklər!
ABŞ-da iynəsiz FluMist adlı qrip peyvəndi Federal Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənib. Bu yeni burun vasitəsilə tətbiq edilən peyvənd, qripdən qorunmaq üçün iynəsiz alternativ təqdim edir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!