Alimlər səs dalğalarını yalnız bir istiqamətdə ötürə bilən cihaz hazırlayıblar!
Elm & Texnologiya
14.10.2024
Farid Pardashunas
Səs mənbəyini tərk etdikdən sonra dalğalar kimi hər tərəfə yayılır. Lakin alimlər səs dalğalarının yalnızca tək bir istiqamətə doğru hərəkət etməsini təmin edən bir cihaz hazırlayıblar.
Hazırlanan cihaz, 3 bərabər aralıqlı bağlantı nöqtəsi olan disk şəklində bir boşluqdan ibarətdir. Hər bir bağlantı nöqtəsi həm səs dalğalarını göndərə, həm də qəbul edə bilir. Lakin cihaz işləmədiyi zaman, bağlantı nöqtələri səs dalğalarını bərabər səviyyədə qəbul edir. Yəni, bir nöqtədən göndərilən səs digər 2 nöqtədə eyni səviyyədə qəbul edilə bilir və əks-səda (eko) edərək mənbəyə geri dönür.
Ancaq sistem işə salındıqda vəziyyət dəyişir. Cihaz, müəyyən sürətlə və intensivlikdə dövran edən hava axını sayəsində səs dalğalarının yalnız bir istiqamətə getməsini təmin edir. Məsələn, birinci nöqtədən gələn səs yalnız ikinci nöqtə tərəfindən eşidilir, üçüncü nöqtə isə bu səs dalğasını eşitmir. Beləliklə, səs dalğaları yalnız müəyyən bir istiqamətə hərəkət edir və enerjilərini itirmədən hədəfə çatır.
Cihazın uğurunun arxasında duran əsas faktor, səs dalğalarının titrəşimlərlə uyğun şəkildə sinxronlaşdırılmasıdır. Bu sinxronizasiya sayəsində dalğalar istiqamətləndirilərkən eyni zamanda güc qazanır və zəifləmədən irəliləyir. Alimlər bu effekti "səs üçün dönmə meydançası" kimi xarakterizə edirlər. Dairəvi boşluqdakı hava axını, dalğaların enerjisini artıraraq onların hədəf nöqtəyə daha güclü çatmasını təmin edir. Bu kəşf, səs dalğalarının tək istiqamətdə ötürülməsi ilə məhdudlaşmaya bilər. Tədqiqatçılar, eyni metodun elektromaqnit dalğalar kimi digər dalğa növlərini yönləndirmək üçün də istifadə oluna biləcəyini düşünürlər. Bu isə daha effektiv radar və rabitə sistemlərinin hazırlanması üçün yeni imkanlar aça bilər.
Bəzi hallarda, səs dalğalarının yalnız tək istiqamətdə ötürülməsi vacib ola bilər. Məsələn, səs-küyü aradan qaldırma sistemlərində bu texnologiyanın istifadəsi istənməyən səslərin qarşısının alınması baxımından böyük üstünlük verə bilər. 2014-cü ildə Texas Universitetindən tədqiqatçılar, hava axını ilə işləyən bir rezonans halqası istifadə edərək bənzər bir cihaz hazırlamışdılar. Lakin o cihazda səs dalğaları hədəfə doğru irəlilədikcə zəifləyirdi. ETH Zurich komandası isə bu enerji itkisini aradan qaldıraraq dalğaların həm istiqamətləndirilməsini, həm də güclənməsini təmin edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bəzi məməlilərin hamiləliklərini "gecikdirməsinə" imkan verən xüsusiyyətin insan embrionlarında da işlədiyi aşkar edilib!
Bəzi məməlilərin hamiləliklərini "gecikdirməsinə" imkan verən xüsusiyyətin insan embrionlarında da işlədiyi aşkar edilib!
Alimlər məməlilərin hamiləliklərini ətraf mühit şəraitinə uyğun olaraq gecikdirməsini təmin edən bir molekulun insanlarda da işləyə biləcəyini kəşf ediblər.
Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
Kvant kompüterləri on illərdir üzərində işlənən bir mövzudur. İndi isə Google, kvant kompüterlərinin müasir ən güclü superkompüterləri necə üstələyə biləcəyini göstərib.
İnqilabi bir kəşflə "yuxular arası əlaqə" dövrü başlayır!
İnqilabi bir kəşflə "yuxular arası əlaqə" dövrü başlayır!
Neyrotexnologiya sahəsində fəaliyyət göstərən REMspace startapı, elmi fantastikaya bənzəyən bir inkişafla lusid yuxu zamanı insanlar arasında ilk dəfə ikitərəfli ünsiyyətə nail olduğunu açıqlayıb.
Marsda həyat izlərinə dair yeni məlumatlar kəşf edilib!
Marsda həyat izlərinə dair yeni məlumatlar kəşf edilib!
Mars hazırda həyat üçün əlverişsiz bir yer olsa da, yeni araşdırmalar Qırmızı Planetin bu gün gördüyümüz səhralıq və cansız bir məkana necə çevrildiyini aydınlaşdırır.
Alimlər 2 milyard illik qayada canlı mikroblar kəşf ediblər!
Alimlər 2 milyard illik qayada canlı mikroblar kəşf ediblər!
Alimlər, Cənubi Afrikada canlı mikroorqanizmlərin yaşadığı 2 milyard illik qaya aşkar ediblər. Bu kəşf, Yerdəki erkən həyat haqqında bildiklərimizi dəyişdirmək potensialına malikdir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ