Alimlər, yeni qan qrupu kəşf ediblər!
Elm & Texnologiya
20.09.2024
Farid Pardashunas
Tədqiqatçılar, 50 ildir həll olunmamış bir sirri işıqlandıran yeni qan qrupu sistemi kəşf ediblər. “MAL” adlanan yeni qan qrupu, nadir bir xəstəliyi müalicə etməyə imkan verəcək.
Tibb dünyasında həyəcan doğuran bir yeniliklə, İngiltərə Milli Səhiyyə Xidməti (NHS) Qan və Orqan Nəqli (NHSBT) və Bristol Universitetindən olan tədqiqatçılar, yeni bir qan qrupu sistemi olan "MAL"ı kəşf ediblər. Bu kəşf, ilk dəfə 1972-ci ildə müəyyən edilmiş AnWj qan qrupu antigeni ilə bağlı 50 illik sirri ortaya çıxarır. NHSBT-nin baş alimi Louise Tilley-nin rəhbərlik etdiyi qrup, AnWj antigeni olmayan şəxsləri aşkar etmək üçün genetik test hazırlayıb. Bu test, nadir xəstələrin müalicəsini yaxşılaşdırmaq və uyğun qan donorlarını tapmaq məqsədi daşıyır.
1972-ci ildə kəşf edilən AnWj antigeni, o vaxtdan bəri elm adamlarının diqqətini çəkən bir sirr olub. Lakin bu antigenin molekulyar quruluşu və genetik əlaqəsi izah edilə bilməmişdi. Son araşdırma, AnWj antigeninin MAL geni ilə əlaqəsini aşkar edərək bu sirri ortaya çıxarıb. Beləliklə, MAL qan qrupu sistemi yaradılıb və bu yeni məlumat, qanköçürmə kimi həyati proseslərdə mühüm addım kimi hesab olunur. Digər tərəfdən, bütün dünyada qan tədqiqatını dəstəkləyən NHSBT-nin Beynəlxalq Qan Qrupu Referans Laboratoriyası, bu yeni testi mövcud genotipləmə platformalarına inteqrasiya etmişdir. Bu irəliləyiş, qanköçürmənin təhlükəsizliyini və effektivliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq potensialına malikdir.
Bu kəşf, AnWj antigeni olmayan xəstələr üçün daha yaxşı müalicə variantları təmin edəcək. Bununla belə, MAL qan qrupu sistemi AnWj antigenini də ehtiva edən 47-ci tanınmış qan qrupu sistemi kimi qeydə alınmışdır. Bundan əlavə, tədqiqat, AnWj mənfi fenotipinə səbəb olan MAL genində homozigot delesiyaları da aşkar edib. Bu antigen, miyelin və limfosit zülallarında olduğuna görə, yeni kəşf edilən sistem MAL qan qrupu adlandırılıb.Qanköçürmə zamanı uyğun olmayan qan qruplarından istifadə edildikdə ciddi fəsadlar yarana bilər. AnWj antigenini daşımayan fərdlərin immun sistemləri səhv qan qrupu qəbul etdikdə ciddi reaksiya verə bilər. MAL qan qrupu sisteminin kəşfi ilə artıq AnWj-mənfi fərdləri daha asan müəyyən etmək mümkün olacaq və bu şəxslərin qanköçürmələrdə uyğun qan qrupu alması təmin ediləcək.
Dünyadakı insanların 99.9%-i AnWj-müsbətdir, yəni onların qırmızı qan hüceyrələrində tam uzunluqlu MAL zülalları var. Lakin bu proteinə malik olmayan AnWj-mənfi şəxslər çox nadirdir. Tədqiqatda yalnız 5 genetik AnWj-mənfi fərd müəyyən edilmişdir. AnWj-mənfi olmasının ən çox görülən səbəbinin hematoloji pozğunluq və ya bəzi xərçəng növlərinə görə antigen ifadəsinin basdırılması olduğu bildirilir. Artıq bu genetik markerlər müəyyən edildikdən sonra xəstələrin mənfi MAL qan qrupunun irsi, yoxsa supressiyaya görə olub-olmadığını yoxlamaq mümkün olacaq.
Linki kopyala
elmi xeber
blood type
Scientific news
blood type mal
qan qrupu
qan qrupu mal
anwj
science
science news
elmi xeberler
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
Sierra Space, NASA-nın Johnson Kosmik Mərkəzində Ay torpağından ilk avtomatlaşdırılmış oksigen çıxarma prosesini həyata keçirib. Bu tarixi inkişaf, Ayda qurulacaq yaşayış yerləri üçün böyük əhəmiyyət kəsb edir.
Araşdırmala görə, YouTube və TV səsilə yatmaq əslində sağlamlığa zərər vermirmiş!
Araşdırmala görə, YouTube və TV səsilə yatmaq əslində sağlamlığa zərər vermirmiş!
Müasir dövrdə yuxusuzluq insanların həyat keyfiyyətini mənfi təsir edən geniş bir problemə çevrilib. Məsələn, qonşu səsləri, motor və ya avtomobil səsləri yuxunu poza bilər, lakin bəziləri də YouTube və ya TV səsi ilə yatmağı üstün tutur. Bəs səs-küylə yatmaq həqiqətən də o qədər zərərli olmaya bilərmi?
Tədqiqatçılar, yalnız işıqdan ibarət birölçülü qaz kəşf ediblər!
Tədqiqatçılar, yalnız işıqdan ibarət birölçülü qaz kəşf ediblər!
Elm adamları, işıqdan ibarət birölçülü qaz yaratmağı bacarıblar. Bu yeni kəşf, işığın davranışı və xüsusiyyətləri haqqında daha dərin biliklər əldə etməyə imkan verə bilər.
Yeni araşdırmalara görə, Yer kürəsi bir vaxtlar Saturn planeti kimi görünmüş ola bilər!
Yeni araşdırmalara görə, Yer kürəsi bir vaxtlar Saturn planeti kimi görünmüş ola bilər!
Saturnun halqaları planetin ən simvolik xüsusiyyətlərindən biridir. Bir müddət əvvəl aparılan yeni araşdırmalara görə, Yer kürəsinin də bir zamanlar Saturn kimi halqaları ola bilərmiş.
Tarixdə ilk dəfə olaraq, kosmosda 3D printerlə metal parçası istehsal edilib!
Tarixdə ilk dəfə olaraq, kosmosda 3D printerlə metal parçası istehsal edilib!
Beynəlxalq Kosmik Stansiyadakı astronavtlar, 3D printerdən istifadə edərək metal ehtiyat hissələri istehsal etməyi bacarıblar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ