Arm mobil oyunların yüksək kadr tezliyi ilə işə salınması texnologiyasını təqdim edib
Elm & Texnologiya
12.07.2024
Emil Nəcəfov
Arm şirkəti Accuracy Super Resolution (ASR) adlı yeni texnologiyasının işə salındığını anons edib. Bu texnologiya mobil oyunlarda qrafikanın yaxşılaşdırılması və cihazın enerji sərfiyyatının aşağı salınması üçün nəzərdə tutulub. AMD FidelityFX Super Resolution 2 texnologiyası əsasında hazırlanmış Arm ASR keyfiyyətli görüntünün formalaşması üçün bir neçə kadr barəsində məlumatlara əsaslanaraq zamanlı miqyaslamadan istifadə edir.
Bu texnologiya xüsusi olaraq aşağı enerji sərfiyyatına sahib qrafik çiplər üçün aktualdır. Belə ki, Arm ASR mobil oyunları görüntü keyfiyyətini itirmədən daha yüksək kadr tezliyi ilə işə salır. Məlumata əsasən 2800x1260 piksel keyfiyyətli ekrana və Arm Immortalis-G720 adlı qrafik çipə sahib cihazda render prosesi ilə müqayisədə ASR texnologiyası 53% daha yüksək kadr tezliyini təmin edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi şirkəti Arm ilə birlikdə yeni prosessoru üzərində çalışır
Xiaomi şirkəti Arm ilə birlikdə yeni prosessoru üzərində çalışır
Verilmiş məlumata əsasən Xiaomi şirkəti ARM ilə birlikdə smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessor üzərində çalışır.
ARM şirkəti Cortex-X5 mobil prosessor nüvəsi üzərində çalışır
ARM şirkəti Cortex-X5 mobil prosessor nüvəsi üzərində çalışır
MyDrivers saytının vermiş olduğu məlumata əsasən ARM şirkəti Cortex-X5 adlı yeni mobil prosessor nüvəsi üzərində işlərə artıq start verib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!