main-post-cover

    Ayda düşünüldüyündən daha çox su ehtiyatı var imiş

    Elm & Texnologiya
    04.10.2024
    Emil Nəcəfov
         Alimlər Lunar Reconnaissance Orbiter adlı orbital aparat tərəfindən əldə edilmiş məlumatların yeni analizini reallaşdırıblar və təyin ediblər ki, Ay səthinin xüsusi yerlərində daha öncə düşünüldüyündən daha çox miqdarda buz şəklində su mövcuddur. Buz halında suyun mövcudluğu isə gələcək Ay missiyaları üçün çox böyük əhəmiyyət daşıyır. Belə ki, buz halında suyu içməli suya çevirmək və onu hidrogen ilə oksigenə ayıraraq raket yanacağının istehsalında istifadə etmək olar.
         Ehtimal edilir ki, Ayda su komet və asteroidlərin onunla toqquşmaları səbəbilə formalaşıb. Digər tərəfdən su bucar şəklində Ayın dərinliklərindən onun səthinə doğru çıxmış ola bilər. Daha öncəki araşdırmalara əsasən buz şəklində su ehtiyatları əsasən Ayın Cənub qütbü sahəsindəki daimi şəkildə qaranlıqda qalan ərazilərdə mövcuddur. Buz şəklində su ehtiyatları kraterlərdə və çökəkliklərdə aşkar edilmişdi. Həmin ərazilərə heç zaman Günəş şüası düşmür. Buna görə də həmin ərazilərdə su buz şəklində milyardlarla il qala bilir.
         Güman olunur ki, Ay səthindəki su ehtiyatı insanların Ayda uzunmüddətli mövcudluqları üçün kifayət edəcək səviyyədədir. İndi isə alimlər təyin ediblər ki, Ay səthində buz şəklində su ehtiyatı təkcə Cənub qütbündə deyil, həmçinin 77 dərəcə cənub eni üzrə də yayılıb. Alimlərin sözlərinə əsasən həmin ərazilər də daimi şəkildə qaranlıq mühitdə olurlar. Mütəxəssislər buz şəklində su ehtiyatlarının mövcud olduqları ərazilərin ilkin xəritəsini tərtib ediblər. Alimlər qeyd ediblər ki, ən böyük su ehtiyatları Ay səthində -198 dərəcə Selsidən daha aşağı temperatura sahib ərazilərdə yerləşirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çin insanlı Ay səyahəti üçün yeni skafandrını təqdim edib!
    cin-insanli-ay-seyaheti-ucun-yeni-skafandrini-teqdim-edib
    Yer kürəsi, çox yaxında "2 ədəd Ay"a sahib olacaq!
    yer-kuresi-cox-yaxinda-2-eded-ay-planetine-sahib-olacaq
    Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
    ay-torpagindan-oksigen-cixara-bilen-vasite-hazirlanib
    Ayın qaranlıq tərəfindən əldə edilmiş süxur nümunələri digərlərindən fərqlənir
    ayin-qaranliq-terefinden-elde-edilmis-suxur-numuneleri-digerlerinden-ferqlenir
    Yaponiya ilk dəfə Ayda sənət əsəri nümayiş etdirəcək!
    yaponiya-ilk-defe-ayda-senet-eserini-numayis-etdirecek