Ayın tozla örtülmüş qabığının altında nələrin olduğu açıqlanıb!
Elm & Texnologiya
23.04.2024
Farid Pardashunas
Tədqiqatçılar planetimizin peyki olan Ayın qabığının altında nələrin olduğunu izah ediblər.
Yaxın gələcəkdə yenidən nəzərdən keçirilməsi və hətta onun üzərində baza yaradılması planlaşdırılan Ayla bağlı araşdırmalar davam edir. Alimlər indi də Ayın səthinin altındakı təbəqələr üzərində yeni araşdırma aparıblar. Müvafiq olaraq, planetimizin peyki Yerin nüvəsinə bənzər bir nüvəyə malikdir. Ayın nüvəsinin donmuş və ya ərimiş olması məsələsi uzun müddətdir ki, müzakirə olunur. Fransa Beynəlxalq Elmi Tədqiqatlar Mərkəzindən Artur Briaud və onun komandası apardıqları seysmik tədqiqatlar nəticəsində nəhayət ki, bu suala cavab tapıb. Bu araşdırmanın Ay və Günəş sisteminin tarixi ilə bağlı suallara cavab verməsi gözlənilir.
Keçmişdə Ayın çox güclü maqnit sahəsinin olduğu bildirilirdi, lakin zaman keçdikcə bu maqnit sahəsi zəifləməyə başladı. Maqnit sahələrinin əmələ gəlməsi üçün isə nüvədə ərimiş metal olmalıdır. Tədqiqatda müxtəlif mənbələrdən toplanan seysmik məlumatları araşdıran tədqiqatçılar Ayın sərt nüvəsinin ətrafında lava təbəqəsinin olduğunu aşkar ediblər. Bildirilib ki, xarici nüvənin diametri 362 kilometr, daxili nüvənin diametri 258 kilometr və daxili nüvənin sıxlığı isə kubmetr başına 7822 kiloqramdır. Bu göstəricilər, dəmirin sıxlığına çox yaxın bir göstəricilərdir. Ortaya çıxan digər maraqlı məlumat isə Ayın yeraltı hərəkətləri ilə bağlıdır. Belə görünür ki, Ayın strukturunda daha sıx olan materiallar Ayın nüvəsinə doğru çökərək, daha yüngül materialları səthə doğru itələyirlər. Alimlər bunun Aydakı vulkanik krater strukturlarını izah etməyə kömək edəcəyini bildirirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ayın yaşı daha öncə düşünüldüyündən daha çox imiş
Ayın yaşı daha öncə düşünüldüyündən daha çox imiş
NASA Ay səthindən Yer kürəsinə çatdırılmış çoxlu sayda nümunəni öz anbarlarında möhürlü şəkildə saxlayır.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!