Bir insanın orqanizminə hər həftə kredit kartı qədər mikroplastik hissəcik daxil olur
Elm & Texnologiya
15.05.2024
Emil Nəcəfov
Plastik tullantıların çox kiçik fraqmentləri hətta bizim bundan xəbərdar olmadığımız halda da hər gün bədənimizə daxil olurlar. Bununla belə söhbət, plastik fraqmentlərin təkcə qida və içki vasitəsilə deyil, həmçinin adi tənəffüs zamanı da orqanizmə daxil olmalarından gedir. Bəzi məlumatlara əsasən orta statistik insan hər həftə tənəffüs vasitəsilə bir kredit kartı qədər plastik materialı orqanizminə buraxır. Bununla belə sözügedən halın insan orqanizminə təsiri o qədər də detallı şəkildə araşdırılmayıb. Bu mövzuda 2022-ci ili dönüş nöqtəsi hesab etmək olar. Belə ki, 2022-ci ildə mütəxəssislər insan agciyərlərinin dərin hissələrində mikroplastikə rast gəlmişdilər.
Qeyd etmək lazımdır ki, daha öncə mütəxəssislər mikroplastik hissəcikləri həmçinin yerüstü və dəniz heyvanlarının bədənlərində və o cümlədən yenicə doğulmuş körpənin orqanizmində aşkar etmişdilər. İndi isə mütəxəssislər mikroplastik hissəciklərin tənəffüs prosesi çərçivəsində orqanizmin hansı hissəsinə ötürüldüklərini, insan bədənində nə qədər müddət ərzində qaldıqlarını və bu vəziyyətin insan səhhətinə necə təsir göstərdiyini öyrənməyə çalışırlar. Sidney Texnoloji Universitetinin mütəxəssisləri tərəfindən aparılmış yeni tədqiqatda plastik materialın insandakı tənəffüs sistemi vasitəsilə hərəkəti müşahidə edilib.
Ağciyər toxumasının nümunəsində aşkar edilmiş mikroplastik:
Bu müşahidə xüsusi modelləşdirmə vasitəsilə aparılıb. Daha öncəki tədqiqatlar yuxarı tənəffüs yollarına əsaslanırdılarsa, aparılmış yeni tədqiqat çərçivəsində mütəxəssislər hava ilə hissəciklərin bütün tənəffüs sistemindən necə keçdiklərini müşahidə ediblər. Tədqiqat çərçivəsində mütəxəssislər həmçinin 3 müxtəlif tənəffüs tempini (ləng, orta, sürətli) və 3 müxtəlif mikroplastik fraqment ölçüsünü (böyük mikroplastik, mikroplastik, nanoplastik) modelləşdirə biliblər. Beləliklə tədqiqatın nəticələrinə əsasən normal tezlikli tənəffüs zamanı havadakı mikroplastik hissəciklər burun boşluğu səthinin yarısını əhatə edə bilərlər.
Daha ləng tənəffüs zamanı orta ölçülü mikroplastik fraqmentlər əsasən yuxarı tənəffüs yollarında (həmçinin burun boşluğu, qırtlaq və traxeyanın boğazla birləşdiyi yer) yığılır. Bununla belə toz şəklində olan daha kiçik ölçülü plastik fraqmentlər yuxarı və aşağı tənəffüs yollarında bərabər şəkildə paylanırlar. Mütəxəssislər bildiriblər ki, mikroplastik nə qədər böyük olubsa, yuxarı tənəffüs yollarında mikroplastikdən təşkil edilmiş çöküntü bir o qədər sürətlə əmələ gəlib. Bununla belə daha kiçik hissəciklərin tənəffüs yolları vasitəsilə daha da irəli getmə ehtimalları yüksək olub. Bəzi təcrübi araşdırmalara əsasən kiçik ölçülü plastik fraqmentlər iltihaba, ağciyər toxumasının zədələnməsinə və hətta tənəffüs yollarının sistemli disfunksiyasına səbəb ola bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Mikroplastikin insan orqanizminə dəri üzərindən daxil olduğu müəyyən edilib
Mikroplastikin insan orqanizminə dəri üzərindən daxil olduğu müəyyən edilib
Mikroplastikin insan həyatına göstərdiyi təhlükə artıq dəfələrlə müzakirə edilib. İndi isə alimlər mikroplastikin insan orqanizminə necə sadə üsul ilə daxil ola biləcəyini öyrəniblər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!