main-post-cover

    Bu ilin oktyabr ayı tarix ərzində müşahidə edilmiş ikinci ən isti oktyabr ayı olub

    Elm & Texnologiya
    19.11.2024
    Emil Nəcəfov
         Alimlər təyin ediblər ki, bu ilin oktyabr ayı tarix ərzində müşahidə edilmiş ikinci ən isti oktyabr ayı olub. Belə ki, keçən ay ortalama temperatur göstəricisi 15.32 dərəcə Selsi təşkil edib. Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin (NOAA) məlumatlarına əsasən bu, keçən ilin oktyabr ayında müşahidə edilmiş ortalama temperatur göstəricisindən yalnız 0.05 dərəcə Selsi daha aşağıdır. Nəticədə keçən ilin oktyabr ayı tarix ərzində müşahidə edilmiş ən isti oktyabr ayı, bu ilin oktyabr ayı isə tarix ərzində müşahidə edilmiş ikinci ən isti oktyabr ayı olub. Bununla yanaşı alimlər qeyd ediblər ki, keçən il müşahidə edilmiş ortalama temperatur göstəricisi 20-ci əsrdəki 14.0 dərəcə Selsi ortalama temperatur göstəricisindən 1.32 dərəcə Selsi daha yüksəkdir.
         Mütəxəssislər bildirblər ki, planetin qızmasının davam etməsində əsas səbəb insan fəaliyyəti nəticəsində atmosferə ifraz olunan parnik qazlarıdır. NOAA məlumatları sayəsində müəyyən edilib ki, ümumilikdə 2024-cü il tarix ərzində müşahidə edilmiş ən isti il ola bilər. Qeyd etmək lazımdır ki, ümumi il üzrə ortalama temperatur rekordu keçən il qırılmışdı. Məlumata əsasən keçən ay planet səthinin 12%-də yüksək temperatur göstəricisi müşahidə edilib. Oktyabr ayının temperaturu Qrenlandiya, mərkəzi və cənub Afrika, Mərkəzi Asiyanın bəzi regionları və Antarktidanın şərq regionunun böyük hissəsi istisna olmaqla quru sahənin böyük hissəsində ortalama temperaturdan daha yüksək olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Planetdə temperatur daha öncə gözlənildiyindən iki dəfə daha çox artacaq
    planetde-temperatur-daha-once-gozlenildiyinden-iki-defe-daha-cox-artacaq
    Ağaclar artıq CO2-ni effektiv şəkildə uda bilmirlər
    agaclar-artiq-co2-ni-effektiv-sekilde-uda-bilmirler
    Almaz tozu ilə qlobal istiləşmənin qarşısını almaq mümkün ola bilər: Bəs necə?
    almaz-tozu-ile-qlobal-istilesmenin-qarsisini-almaq-mumkun-ola-biler-bes-nece
    Planetdəki ortalama temperatur kritik sərhəddən iki dəfə yüksək ola bilər
    planetdeki-ortalama-temperatur-kritik-serhedden-iki-defe-yuksek-ola-biler
    Qlobal istiləşmə səbəbilə Antarktida sürətlə yaşıllaşır
    qlobal-istilesme-sebebile-antarktida-suretle-yasillasir