Büdcəli termonüvə reaktoru olduqca effektiv olub
Elm & Texnologiya
16.11.2024
Emil Nəcəfov
Yeni Zelandiyanın OpenStar adlı startapı təcrübi reaktor hazırlayıb. Startap hazırlanmış reaktorda 300 000 dərəcə Selsi temperaturlu plazmanı 20 saniyə ərzində saxlaya bilib. Startapın sözlərinə əsasən bu cür nəticənin əldə olunmasına cəmi 2 il vaxt və 10 milyon dollardan az vəsait sərf edilib. Startapın komandası unikal reaktor konstruksiyasını təklif edib. Belə ki, plazmanın saxlanması üçün nəzərdə tutulmuş xarici maqnitlər əvəzinə startap mühəndisləri reaktorun kamerası daxilində levitasiya maqnitindən istifadə ediblər.
Məlumata əsasən bu cür reaktor sistemi tokamak tipli reaktor sistemindən daha yaxşı miqyaslana bilir. Belə ki, tokamak tipli reaktordan fərqli olaraq onu təkmilləşdirmək daha asandır. Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri OpenStar tərəfindən hazırlanmış reaktoru yüksək qiymətləndiriblər və bildiriblər ki, o, reaktorun kommersiya məqsədli versiyasının hazırlanması üçün yüksək potensiala sahibdir. Layihənin növbəti inkişafı üçün startap 2025-ci ilin birinci rübündə 1 milyard dollar investisiyanın cəlb ediləcəyini gözləyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Nüvə birləşməsində "gyrotron" ilə tarixi dünya rekordu!
Nüvə birləşməsində "gyrotron" ilə tarixi dünya rekordu!
Yüksək texnologiyalar sahəsində dünya miqyasında lider olan Thales, nüvə sintezi sahəsində böyük bir sıçrayış edib. Wendelstein 7-X stellatorunda gyrotron inqilabı reallaşdırılıb.
Süni zəka texnoloji şirkətləri nüvə energetikasına nəzər yetirməyə məcbur edib
Süni zəka texnoloji şirkətləri nüvə energetikasına nəzər yetirməyə məcbur edib
Öz data mərkəzləri üçün ekoloji təmiz enerjinin axtarışı istiqamətində Amazon və Microsoft kimi nəhəng texnoloji şirkətlər atom elektrostansiyaları ilə müqavilələr bağlayıblar.
Bu fikir sayəsində gələcəkdəki nüvə reaktorları yerin altında qurula bilər!
Bu fikir sayəsində gələcəkdəki nüvə reaktorları yerin altında qurula bilər!
Nüvə reaktorlarını necə təhlükəsiz və ucuz şəkildə etmək olar? Deep Fission adlı startapın fikrincə, reaktorların yeraltında basdırılması həm qənaətcil, həm də təhlükəsiz bir həll təklif edir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ