main-post-cover

    Çin Milli Kosmik İdarəsi Ayın qaranlıq tərəfindən süxur nümunələrini uğurla geri qaytara bilib

    Elm & Texnologiya
    25.06.2024
    Emil Nəcəfov
        Çin Milli Kosmik İdarəsinin son hesabatına əsasən Ayın qaranlıq tərəfindən süxur nümunələrinin Yer kürəsinə çatdırılması missiyası uğurla yekunlaşıb. Kosmik idarə missiya çərçivəsində süxur nümunələrinə sahib xüsusi kapsulun harda eniş etdiyini açıqlayıb. Ayın qaranlıq tərəfindən süxur nümunələrinin geri qaytarılması missiyası 25 iyun tarixində yekunlaşıb. Həmin tarixdə Chang'e-6 aparatını özündə birləşdirmiş xüsusi kapsul Çinin muxtar rayonu olan Daxili Monqolustanda eniş edib.
        Qeyd etmək lazımdır ki, bu, insanlıq tarixində ilk haldır ki, kosmik aparat Ayın qaranlıq tərəfinə eniş edərək ordan süxur nümunələrini yığıb və daha sonra onları Yer kürəsinə çatdırıb. Yer kürəsinə çatdırılmış süxur nümunələri sayəsində alimlər Ayın təbiəti barəsində daha çox məlumat əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Chang'e-6 missiyası 3 may tarixində start götürmüşdü. Kosmik aparat 8 may tarixində Ayın orbitinə çatmışdı. 1 iyun tarixində isə eniş modulu öz daxilində Chang’e-6 aparatı ilə birgə Ayın qaranlıq tərəfinə eniş etmişdi. Ümumilikdə 2 kq süxur nümunəsi yığdıqdan sonra aparat Ayın orbitindəki kosmik aparata çatdırılmış və daha sonra Yer kürəsinə geri qaytarılmışdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Chang'e-6 aparatının Ay səthində süxur nümunələrini yığması videosu təqdim edilib (VİDEO)
    change-6-aparatinin-ay-sethinde-suxur-numunelerini-yigmasi-videosu-teqdim-edilib-video
    Çinin Chang'e-6 aparatı uğurlu şəkildə Ayın qaranlıq tərəfinə eniş edib (VİDEO)
    cinin-change-6-aparati-ugurlu-sekilde-ayin-qaranliq-terefine-enis-edib-video