Çinin super radarı, piramidaların üzərində plazma qabarcığı aşkar edib!
Elm & Texnologiya
09.09.2024
Farid Pardashunas
Çinli alimlər, dünyanın ən güclü radarından istifadə edərək həm Misir piramidaları, həm də Midway adaları üzərində demək olar ki, eyni vaxtda plazma qabarcıqlarının göründüyünü aşkar ediblər.
Ekvatorial plazma qabarcıqları, Yerin aşağı enlik bölgələrində müşahidə olunan anormal hava hadisələridir. İonosferdə, yəni Yer atmosferinin yuxarı qatında yerləşən bu qabarcıqlar, yüklü hissəciklərin qəfil itməsi nəticəsində əmələ gəlir. Bu elektron baxımından yoxsul bölgələr, GPS siqnallarına və peyk rabitəsinə ciddi təsir etmək potensialına malikdirlər. Alimlərin fikrincə, plazma qabarcıqları nəhəng ölçülərə, yüzlərlə kilometr diametrə çata bilər və qlobal rabitə sistemlərini zədələyə bilər.
Çin, keçən il qurduğu LARID sistemindəki radarların köməyi ilə bu plazma qabarcıqlarını aşkar edən ilk ölkə olub. Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu, avqustun sonunda verdiyi açıqlamada indiyə qədər müşahidə edilən ən böyük plazma qabarcığını kəşf etdiklərini açıqlaıb. Keçən il noyabrın 4-6-da günəş fırtınası nəticəsində əmələ gələn bu plazma qabarcıqları, radar ekranlarında aydın şəkildə görünüb və elm adamları, qabarcıqların əmələ gəlmə proseslərini və hərəkətlərini ətraflı şəkildə müşahidə edə biliblər.
LARID, Çinin cənub ucunda Hainan adasında yerləşir və 9600 kilometrə qədər ərazini skan edə bilir. Bu diapazon, Çinin qərbində Liviyaya və şərqdə Hawaii adalarına qədər uzanır. Məlumdur ki, ənənəvi radar sistemləri Yerin əyriliyinə görə üfüqdən kənarı görməkdə çətinlik çəkir. LARID isə ionosferlə yer arasında təkrar-təkrar sıçrayan yüksək güclü elektromaqnit dalğaları göndərərək diapazonunu artırır. Bu dalğalar, plazma qabarcıqları ilə qarşılaşdıqda, onlardan bəziləri geri əks olunur və radarın antenası tərəfindən tutulur.
LARID, 8-22 MHz tezlik diapazonunda işləyir və hər birində 24 ötürücü-qəbuledici antena dəsti olan iki subradar sisteminə malikdir. Bu sistemlər, şərqdə və qərbdə yerləşdirilib. Tam rəqəmsal fazalı massiv sisteminə malik olan radar, aşkarlama tezliyi, diapazon və skan sahəsi kimi parametrləri real vaxt rejimində tənzimləyə bilir. İlkin olaraq 3000 kilometr olan effektiv aşkarlama diapazonu yeni siqnal kodlaşdırma üsulları və geofiziki simulyasiya modelləri sayəsində tez bir zamanda 3 dəfə artırılıb. Beləliklə, demək olar ki, dünyanın yarısını əhatə edən radar yaradılıb.
Plazma qabarcıqları, hərbi sahədə yüksək təsir göstərə bilər. Xüsusilə müasir müharibələrdə GPS və peyk rabitəsindən asılı sistemlərin sıradan çıxması ciddi təhlükələr yarada bilər. Məhz buna görə də bütün dünyada hərbi qüvvələr, o cümlədən ABŞ Hərbi Dəniz Qüvvələri plazma qabarcıqları üzərində müxtəlif araşdırmalar aparır. Elm tərəfində, okeanlar üzərində geniş miqyaslı, uzunmüddətli müşahidə vasitələrinin olmaması səbəbindən plazma qabarcıqlarına maraq məhduddur. Çinli alimlər, LARID-ə bənzər 3-4 üfüqdən yuxarı radar qurmağı təklif edirlər.
Bundan əlavə, LARID radarının aşağı ayırdetmə qabiliyyətinə malik olduğu və buna görə də təyyarə və ya döyüş gəmiləri kimi hərbi hədəfləri aşkar etmək üçün uyğun olmadığı bildirilir. Digər tərəfdən, Çin ordusunun istifadə etdiyi oxşar texnologiyaya sahib olan yeni radar texnologiyası ilə F-22 döyüş təyyarələri kimi hədəflərin təsbit edilə biləcəyi bildirilmişdi. Üfüqdən yuxarı radarlardan yayılan siqnalların dalğa uzunluğu bir neçə metrə çatdığından, təyyarələrdəki gizli örtüklərin bu siqnalları qəbul etməsi çətinləşir. Çinin 055 tipli esmines kimi yeni hərbi gəmilərinin bəzilərinin gizli təyyarələri eyni şəkildə aşkarlaya bilən radarlarla təchiz edildiyi bildirilir. Bəzi hərbi ekspertlər hesab edirlər ki, bu radarların aşkarlama məsafəsi yüzlərlə kilometrə çata bilər.
Linki kopyala
elmi xeber
Scientific news
science
science news
elmi xeberler
larid
china larid
pyramids
egypt pyramids
plasma bubbles
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər, insan dərisini görünməz hala gətirən elmi kəşf ediblər! (VİDEO)
Alimlər, insan dərisini görünməz hala gətirən elmi kəşf ediblər! (VİDEO)
Texas Universitetindən elm adamları, adi bir qida boyası istifadə edərək siçanların dərisini şəffaf etməyi bacarıblar. Market rəflərində gördüyümüz bu qida boyası, elm dünyasında inqilabi bir kəşfə yol açıb.
Elmi fantastika reallığa çevrildi: Nanorobotlar beyni müalicə edə biləcək!
Elmi fantastika reallığa çevrildi: Nanorobotlar beyni müalicə edə biləcək!
Alimlər beyin anevrizmasının müalicəsində nanorobotlardan uğurla istifadə ediblər. Nanorobotlar, beyindəki zəif damarların şişməsinin və beyin qanaması riskinin qarşısını almaq üçün yeni bir ümid vəd edir.
Çində 2 yeni balıq növü kəşf edilib!
Çində 2 yeni balıq növü kəşf edilib!
Çinli alimlər, Pearl River-in yuxarı axınlarında 2 yeni balıq növü - Beaufortia granulopinna və Beaufortia viridis aşkar ediblər. Bu kəşf, nadir növlərin qorunmasının vacibliyini bir daha xatırladır.
Alimlər, elm dünyasında eksperimental bir təcrübə aparaq, göbələklərin robotları necə idarə etdiyini göstəriblər! (VİDEO)
Alimlər, elm dünyasında eksperimental bir təcrübə aparaq, göbələklərin robotları necə idarə etdiyini göstəriblər! (VİDEO)
Alimlər, bir göbələyin robotu necə idarə edə biləcəyini göstərən maraqlı bir araşdırma həyata keçiriblər. Bu tapıntılar, bioloji orqanizmlərin texnologiya ilə əlaqələndirilməsində yeni üfüqlər açır.
Sındırılması mümkünsüz olan kvant rabitəsi, getdikcə reallığa yaxınlaşır!
Sındırılması mümkünsüz olan kvant rabitəsi, getdikcə reallığa yaxınlaşır!
Alimlər, kvant rabitə şəbəkəsində məlumatların təhlükəsiz ötürülməsi üçün istifadə oluna bilən işıq hissəcikləri yarada bilən qeyri-adi parlaq işıq mənbəyi hazırlayıblar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ