main-post-cover

    Çinlilər Yer orbitindən 1.7 mm-lik məsafəyə kimi görüntü əldə edə bilən kamera hazırlayıblar

    Elm & Texnologiya
    20.02.2025
    Emil Nəcəfov
         Çinli alimlər Lasers adlı elmi jurnalda bu günə qədər yaradılmış ən mükəmməl kamera haqqında məlumat yayıblar. Bu kamera 100 km məsafədən 1.7 mm-lik məsafəyə kimi görüntü əldə edə bilir. Gələcəkdə bu texnologiya uzaq məsafələrdən ultra dəqiq şəkillər çəkməyə imkan verəcək. Bu isə alçaq orbitdən insanların üzlərini tanımaq, xarici peykləri izləmək və hətta onların avadanlıqları üzərindəki seriya nömrələrini oxumaq üçün istifadə edilə bilər. Məqalənin Lasers jurnalında dərc edilməsi təsadüfi deyil. Çünki təqdim edilmiş kamera müasir bir lidar sisteminin təkmilləşdirilmiş versiyasıdır.
         Bu texnologiya lazer şüası ilə 4x4 mikrolinzadan ibarət matrisanı işıqlandıraraq sintez olunmuş diafraqma yaradır. Bu, mikrodalğa radarı ilə bənzərlik təşkil etsə də, optik diapazonda işləyir. Bir neçə ötürücü və qəbuledici kombinasiyası, səs-küyü azaltma və məlumat emal alqoritmləri sayəsində inanılmaz nəticə əldə olunub. Sistemi Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqat İnstitutunun alimlər komandası hazırlayıb. Tədqiqat zamanı kamera Çinin Qinghai adlı gölündə sınaqdan keçirilib. Onu gölün şimal sahilinə yerləşdiriblər (101.8 km uzaqlıqda). Əks sahildə isə künc reflektorlarından ibarət bir qurğu quraşdırılıb.
         Sınaqlar ideal hava şəraitində, küləksiz mühitdə aparılıb. Kamera 1.7 mm dəqiqliklə detallar arasında fərq qoymağı və obyektlər arasındakı məsafəni 15.6 mm dəqiqliklə müəyyən etməyi bacarıb. Bu göstəricilər hazırda mövcud olan kommersiya avadanlıqlarını ən azı 100 dəfə üstələyir. Bundan əlavə, lazer şüası 10 GHz-lik ötürmə zolağını aşan geniş tezlik diapazonunda gücləndirilib, bu da uzaq məsafədə yüksək dəqiqlikli ölçmələr əldə etməyə imkan verib. Alimlər adaptiv alqoritmlərdən istifadə edərək, lazer şüasının optik səs-küyünü 10 000 dəfə azaltmağa nail olublar.
         Bu isə uzaq obyektlərdən çox zəif siqnalların tutulmasına və yüksək dəqiqlikli təsvirlərin əldə olunmasına imkan yaradıb - belə nəticələr bu məsafələrdə əvvəllər mümkün deyildi. Təqdim edilən texnologiya potensial olaraq kəşfiyyat məqsədləri üçün istifadə oluna bilər. Bu sistem, xarici dövlətlərin hərbi peyklərini detallı şəkildə araşdırmağa, hətta onların avadanlıqlarındakı seriya nömrələrini oxumağa imkan verir. Lakin praktikada bu dəqiqlikdə təsvir əldə etmək çətin olacaq, çünki atmosferin turbulensiyası və bütün sistemin mexaniki quruluşunun mürəkkəbliyi kimi bir sıra amillər nəzərə alınmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Səudiyyə Ərəbistanında futuristik şəhərin tikintisinə start verilib
    seudiyye-erebistaninda-futuristik-seherin-tikintisine-start-verilib
    Havadan CO2-ni udan neft hasilatı gəmisi inşa edilib
    havadan-co2-ni-udan-neft-hasilati-gemisi-insa-edilib
    Atmosferdən CO2-ni yığaraq yanacaq istehsal edən reaktor prototipi hazırlanıb
    atmosferden-co2-ni-yigaraq-yanacaq-istehsal-eden-reaktor-prototipi-hazirlanib
    Meta süni zəka əsaslı robotlar üzərində çalışmağa başlayıb
    meta-suni-zeka-esasli-robotlar-uzerinde-calismaga-baslayib
    DeepSeek öz süni zəka çiplərini hazırlamağı planlaşdırır
    deepseek-oz-suni-zeka-ciplerini-hazirlamagi-planlasdirir