main-post-cover

    Dünyanın ən sürətli mobil prosessoru adını alan Snapdragon 8 Elite təqdim edilib!

    Elm & Texnologiya
    22.10.2024
    Farid Pardashunas

         Qualcomm gözlənilən flaqman prosessoru Snapdragon 8 Elite-i rəsmi olaraq təqdim edib. Bəs şirkətin "dünyanın ən sürətli mobil prosessoru" adlandırdığı bu çipset nələri vəd edir?

         Snapdragon 8 Elite, 4.32 GHz sürətlə işləyən 2 yüksək performanslı "prime" nüvəsi 3.53 GHz sürətə qədər çıxan 6 performans nüvəsi ilə 8 nüvəli prosessordur. Qualcomm, yeni mobil prosessorunda standart ARM dizaynlarını tərk edərək özünün inkişaf etdirdiyi Oryon nüvələrindən istifadə edir. Prosessorda sektorda lider 24 MB L2 keş5.300 MHz LPDDR5X RAM dəstəyi də mövcuddur.
         TSMC-nin 3nm istehsal prosesi ilə hazırlanan bu prosessor, əvvəlki model ilə müqayisədə CPU performansında 45% artım və enerji səmərəliliyində 44% yaxşılaşma vəd edir. Qrafika tərəfində, işıq izləri performansında təkmilləşdirmələrlə yanaşı performansda və enerji qənaətində 40% artış təmin edən yenilənmiş Adreno GPU da istifadə olunur. Qualcomm-un yeni çipseti həmçinin Unreal Engine 5.3 Nanite virtuallaşdırılmış geometriya sistemini dəstəkləyən ilk mobil prosessor olmaq xüsusiyyətini daşıyır.
         Süni intellekt sahəsində, yeni Hexagon neyron prosessoru (NPU), enerji sərfiyyatı başına daha yaxşı performansla süni intellekt tapşırıqlarının 45% daha sürətli icrasını təmin edir. Qualcomm əlavə olaraq, AI mühərrikinə çox rejimli yaradıcı süni intellekt dəstəyini də gətirir. Bu mühərrik, kiçik və böyük çox rejimli modellərlə SLM-lərdə 70 tokenə qədər işləyə bilmək qabiliyyətinə malikdir.
         Snapdragon 8 Elite, eyni zamanda yeni Hexagon NPU ilə daha dərindən inteqrasiya edilmiş təkmilləşdirilmiş görüntü siqnal emalı (ISP) funksiyasını da qazanır. Bu xüsusiyyət, daha yaxşı HDR, daha təbii görünüşlü dəri tonu, səma rəngləri və təkmilləşdirilmiş avtomatik fokus performansı əldə etməyə imkan verir. Qualcomm həmçinin çip səviyyəsində foto və video semantik seqmentasiya və video obyekt silmə funksiyasını da əlavə edir.
         Bağlantı tərəfində Snapdragon 8 Elite, 6 qat downlink daşıyıcı birləşdirmə və süni intellekt əsaslı mmWave məsafə genişləndirmə xüsusiyyətinə malik ilk 5G modem olan Snapdragon X80 5G modemi ilə gəlir. Qualcomm, modemin nəzəri olaraq maksimum 10 Gbps yükləmə 3.5 Gbps maksimum endirmə sürətinə malik olduğunu qeyd edir. Bundan əlavə, prosessorda Wi-Fi 7, Bluetooth 5.4Ultra Geniş Bant bağlantısını bir 6nm çipdə birləşdirən ilk sistem olan FastConnect 7900 Mobil Bağlantı Sistemi mövcuddur. Snapdragon 8 Elite tezliklə Asus, Honor, iQOO, OnePlus, Oppo, Realme, Samsung, Vivo Xiaomi kimi smartfon istehsalçılarının flaqman modellərinə güc verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru Apple A18 Pro-dan 5 dəfə daha baha olacaq
    snapdragon-8-elite-snapdragon-8-gen-4-prosessoru-apple-a18-pro-dan-5-defe-daha-baha-olacaq
    Təqdimata hazırlaşan Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessorunun bəzi texniki imkanları təqdim edilib
    teqdimata-hazirlasan-snapdragon-8-elite-snapdragon-8-gen-4-prosessorunun-bezi-texniki-imkanlari-teqdim-edilib
    Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) və MediaTek Dimensity 9400 prosessorlarının qiymətlərində artım olacaq
    snapdragon-8-elite-snapdragon-8-gen-4-ve-mediatek-dimensity-9400-prosessorlarinin-qiymetlerinde-artim-olacaq
    Qualcomm artıq Snapdragon 8s Gen 4 prosessoru üzərində çalışır
    qualcomm-artiq-snapdragon-8s-gen-4-prosessoru-uzerinde-calisir
    Qualcomm şirkəti həqiqətən də Intel-i almağı planlaşdırır
    qualcomm-sirketi-heqiqeten-de-intel-i-almagi-planlasdirir